Bunları Axin.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi deyib.
Müsahibimiz daha sonra vurğulayıb ki, qlobal güclər arasında mübarizənin intensivləşdiyi və genişləndiyi bir dövrdə BRICS-lə əməkdaşlıq əlaqələrinin əlbəttə ki, siyasi tərəfləri də vardır: “Azərbaycan özünün xarici siyasət kursunda beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipini hər zaman fəal şəkildə təşviq edib. Belə olan halda qərbmərkəzli qlobal dünya nizamına alternativ bir koalisiya olaraq təqdim edilən BRICS ilə əlaqələrin siyasi konteksti də Azərbaycan üçün kifayət qədər maraqlıdır. Azərbaycan artıq neçə müddətdir ki, dünyanın siyasi sistemində öz mövqelərini uğurla möhkəmləndirməkdədir. Ölkəmiz dörd il uğurla sədrlik etdiyi və 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatının işində fəal iştirak edir, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədridir, 200 ölkənin yekdil rəyi ilə BMT-nin iqlim dəyişikliyi konfransı-COP29 kimi qlobal əhəmiyyətli kütləvi tədbirlərə ev sahibliyi edir. Bütün bunların fonunda ölkəmizin ŞƏT və BRICS ilə bağlı gündəliyi də qətiyyən təəccüb doğura bilməz. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, məhz Azərbaycanın dördillik sədrliyi dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına daha çox səy göstərəcək” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Axin.az