Azərbaycanın bayrağı Zəfər Günündə Dövlət Bayrağı Meydanında yenidən ucaldılmışdı
APA xəbər verir ki, Dövlət Bayrağı Meydanı təmir olunub, bayraq dirəyi yenilənib.
Bayrağımız yenilənmiş dirəkdə qaldırılmışdı.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı bir müddət əvvəl təmirə bağlanmışdı.
Xatırladaq ki, avqustun 2-də test məqsədilə qaldırılan bayraq noyabrın 9-dan etibarən daimi olaraq dalğalandırılacaq. Lakin noyabrın 27-dən etibarən bizə məlum olmayan səbəblərdən bayrağımız yenidən endirilmişdir. Bu barədə Dövlət Bayraq Meydanının mətbuat katibi hələlik ictimaiyyətə heç bir məlumat verməmişdir. COP 29 tədbirindən sonra bayrağımızın heç bir açıqlama verilmədən yığışdırılması ürəkaçan olmamışdır.
İfadetv.com