Naxçıvan Ali Məclisində Hesablayıcı və İntizam komissiyaları yaradılıb
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin 2025-ci il yaz sessiyasının ilk plenar iclası keçirilib.
İclasda Naxçıvan MR Ali Məclisinin qanunvericilik işləri planının təsdiqi, Hesablayıcı və İntizam komissiyalarının yaradılması məsələlərinə baxılıb.
Aparılan müzakirələrdən sonra gündəlikdəki məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.(Report)