![Soçidə baş verən yanğına görə 40-a yaxın insan təxliyə edilib](https://azadmedia.az/uploads/posts/2025-02/1739355361_d3951f80-9bf2-3340-a37c-8abccf41aba0_850.jpg)
Soçi dağ klasterində anbarda 20 kvadratmetr sahəni əhatə edən yanğınla əlaqədar 40-a yaxın insan təxliyə edilib.
Bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsindən məlumat verilib.
"Fevralın 12-də Moskva vaxtı ilə saat 10:52-də Soçi yanğın-xilasetmə qarnizonunun dispetçerinə yanğın barədə məlumat daxil olub. Müəyyən edilib ki, anbarda 20 kvadratmetrlik sahədə yanğın baş verib. 37 nəfər təxliyə edilib", - məlumatda qeyd olunub.
Yanğın nəticəsində ölən və yaralananların olmadığı bildirilir. Hazırda yanğın söndürülüb.