Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə qeydə alınmış meşə yanğınının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirləri davam etdirir.
FHN-dən "Report"a verilən məlumata görə, ərazidə, əsasən, kol-kos və qismən ağaclar yanır.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, həmçinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğının söndürülməsi istiqamətində əməliyyatları davam etdirirlər. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edir.
Relyefin mürəkkəbliyi və mütəmadi güclənən küləkli hava şəraiti ilə müşayiət olunan çətin əməliyyat şəraitinə baxmayaraq, yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Xat;rladaq ki, Qəbələ rayonunda meşə dağlarının yanğını 11 avqust gecə saat 3 radələrində Tikanlə kəndi yaxınlığında başlamışdır. İfadetv-nin əməkdaşının 1 gün sonra hadisə yerində apardığı müşahidələrdən aydın olmuşdur ki, yanğın "Gəncə daşı" adlanan ərazidə başlamış və daha sonra təxminən 200 m yuxarı hissədə "Top gülləsi"adlanan əraziyə keşmişdir. Yanğının 200 m məsafəni aşması və yenidən başlaması müəmmalı olaraq qalır. Yəni, bu onu deməyə əsas verir ki, meşəyə kənar müdaxilə olmuşdur. Yanğının söndürülməsində 1 helikopter iştirak edirdi. rıx kəndi yaxınlığında yanğın başlamışdır. Alovun kənd ərazisinə yaxınlaşdığı bildirlirdi. Və Tikanlı kəndi yaxınlığındakı meşə söndürüldükdən dərhal sonra qonşuluqda olan Ab Avqustun 13-də, axşam saat 20-21 radələrində isə Oğuz rayonun Calud meşəsi qəfil olaraq yanmağa başlamış və yerli sakinlərin müdaxiləsindən sonra tez bir zaman da yanğının qarşısı alınmışdır.
Sonuncu yanğın hadisəsi Qəbələ rayonun Solquca kəndi yaxınlığında 15 avqust tarixindən başlamış və hazırda davam etməkdədir.
B arada xatırlatmaq bir daha yerinə düşərdi ki, Qəbələ rayonun Həmzəli kənd sakini Həsrət Hacıyev yuxarı instansiyalara göndərdiyi şikayət məktubunda Qəbələ rayonu ərazisində hansı meşələrdə kütləvi ağackəsimlərinin olması xatırlanmışdır. Maraqlıdır ki, hazırda yanğın törədilən ərazilər İFADETV-nin də dəflərlə kütləvi ağac kəsimləri barədə yazdığı ərazilərdir. İndi təbii sual ortalığa çıxır: Niyə son 10 ildə ən çox ağac kəsimi olan ərazilərdə eyni vaxtda ardıcıl olaraq yanğınlar baş verir? Belə təsadüf ola bilərm? Bzcə yox. Ümid edirik ki, yaxın zamanlarda təbii sərvətlərimizə qənim kəsilmiş yadlli ünsürlərin kimliyi və əsas məqsədləri məlum olacaqdır.
Bizi izləyin.
İfadetv-nin araşdırma qrupu
Abrıx meşəsində yanğın zamanı ETSN səlahiyyətlisi Alim Əlizadə yanğından qaçan tısbağaya su verir