Azərbaycan kiçik yeniyetmə taekvondoçuları Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan “Fujairah Open” beynəlxalq turnirində 2 medal qazanıblar.
BƏƏ-nin Əl-Fücayra şəhərində keçirilən yarışda “Mübariz” taekvondo klubunun təmsilçisi Malikəjdər Qalabəyov (36 kq) gümüş, “Asiman”ın yetirməsi Fateh Sultanlı (40 kq) isə bürünc medal əldə edib.
İdmançını “Mübariz” Taekvando klubunun rəhbəri, republikanın əməkdar məşqçisi Samir Aydınov yarışa hazırlayıb.
Qeyd edək ki, 11 yaşlı Malikəjdər Qalabəyov Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdidir.



