Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 23-ü axşam saatlarında Ankaraya gedib.Lavrovun fevralın 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.
Gündəliyə Rusiya-Ukrayna müharibəsi, regional problemlər və ikitərəfli münasibətlər daxil olacaq.
Türkiyənin hökumət mətbuatı qeyd edir ki, görüş Rusiya-Ukrayna müharibəsinin 3-cü ildönümünə təsadüf etdiyi üçün son dərəcə əhəmiyyətlidir və indi Türkiyə tərəfi yenidən öz vasitəçiliyi ilə müharibənin həllinə fəal şəkildə çalışır.
Qeyd olunur ki, görüşdən sonra Ərdoğan hökumətin iclasına sədrlik edəcək, daha sonra gündəmlə bağlı açıqlamalar verəcək.
Xatırladaq ki, fevralın 18-də Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə gedib və Ərdoğanla görüşüb.
İki ölkə arasında iki saziş imzalanıb. Müxtəlif məsələlərin müzakirəsi ilə yanaşı, Ukraynadakı vəziyyət də gündəmdə olub.