İfadetv.com saytının baş redaktoru Cəfərzadə İfadə İsgəndər qızının evinə dünən gecə saatlarında baskın edilib. Zərər çəkmiş şəxs dövlət başçısı cənab İlham Əliyevə rəhbəri olduğu sayt vasitəsilə müraciət etmişdir.
Müraciəti olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:
Hörmətli cənab Prezident!
Sizin qanunların qarantı rolunda etdiyiniz çıxışlara və “Mən hər bir vətəndaşın Prezidentiyəm” deyərək söylədiyiniz sözlərə və həmcinin ən əsası dunya şöhrətli siyasətçi mərhum Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyevin layiqli davamçısı olduğunuza inaniriq.
İlk öncə Sizə bildirmək istərdim ki, mənim icazəm olmadan Ata-Bank ASC-nin rəhbərliy ilə müammalı gizli sövdələşmə əsasında mənə məxsus olan əmlakımı banka girov qoyaraq əvəzində 95.000 manat kredit götürərək mənimsəmiş Nazim Əsgərov barəsində 03 dekabr 2015-ci ildən CM-nin 178.3.4 maddəsi üzrə cinayət işi başlanmış və hazırda qeyd etdiyim cinayət maddəsi üzrə Nərimanov Rayon polis İdarəsində aparılan istintqa işləri yekunlaşmaq ərəfəsindərdir.
Müraciətimdə qeyd etdiyim cinayət işi üzrə dələduz dəstənin əsas üzvü Nazim ələsgərovla birlikdə əlavə olaraq bu işdə iştirak etmiş N.Əsgərovun yaxın qohumu olan Kamran adlı şəxs və həmçinin Atabank” ASC-nin “Xəzər” filialının keçmiş direktoru, hazırda isə Kapital Bankın vəzifəli məsul şəxslərindən olan Əhədov Aydın Nürəddin oğluda cinayət məsuliyyətinə cəlb edilmişlər.
Barələrində cinayət işi açılmış qanunla cinayət işinin yekunlaşması başa çatana qədər olan müddət ərizində dəfələrlə məhkəmə proseslərinə məhkəmə əmri ilə məcburi gətirilən, lakin mənə və məhkəmə proseslərində iştirak edən digər şəxslərə naməlum olan səbəblərdən sərbəst buraxılan bu dələduz dəstə üzvləri Nazim və Kamran, 3 dekabr 2019-cu il tarixində gecə saatlarında mənzilimdə olmamağımdan istifadə edərək Sulutəpə ərazisində yerləşən sözü gedən mübahisəli evimə qeyri-qanuni baskın etmişlər. Baskında yuxarıda adlarını sadaladığım şəxslərlə birlikdə (AtaBank) ASC-nin məsul işçiləri və RİAD mühafizə dəstəsinin 6 nəfər qoçusu əlbir olaraq mənim mülkiyyətimə məxsus olan dəmir darvazanı iştirakım və xəbərim olmadan qaynaq etdirib bağlamışlar.
Mən bu gün, dekabrın 4-də mənzilimə qayıdarkən qeyd etdiyim qeyri qanuni basqınının şahidi oldum. Hesab edirəm ki, Istintaq yekunlaşmadan (AtaBank) ASC-nin rəhbərliyinin əlbir olduğu dələduz dəstə üzvləri Nazim və Kamranla birləşərək gecə evimə gəlmələri və mülkiyyətimə məxsus darvazanı özbaşına qaynaq etmələri özbaşnalığın artıq son həddidir. Heç kimin ixtiyarı yoxdur ki, dələduz dəstəilə birlikdə mənim evdə olmamağımdan sui-istifadə edərək evimə basqın təşkil etsin və mülkiyyətimi qəsb etsin.
Cənab Prezident ,
tam əminliklə bildirmək istəyirəm ki, bu kimi haqsızlıqlar xalqımızı, dövlətimizə və dovlətçiliyə qarşı sürükləyir. Bildiyiniz kimi ,məhkəmə predmetinə daxil olmayan , evimə baskın zamanı hazırda yaşadığım otaqlardakı bütün şəxsi əşyalarımı, “Atabank” ASC- rəhbərliyinin birbaşa göstərişi əsasında oğurlanmış və talan edilmişdir. Mənə məxsus bir daha qeyd edirəm məhkəmə predmetinə daxil olmayan bütün əşyalarımın dərhal yerinə qaytarılmasını, “Atabank” ASC rəhbərliyinin dünən gecə mənim mülkiyyətimdə törətdikləri qanunsuz əməllərin qarşısının alınaraq bu haqsızlığın aradan qaldırılması və lazımı insanların cəzalandırılması barədə göstəriş verməyinizi Sizdən ailəmiz adından xahiş edirik.
Hörmətlə,
İfadetv.com saytının baş redaktoru İfadə Cəfərzadə.