930 AZN ƏMƏKHAQQI ILƏ DOLANAN DÖVLƏT MƏMURU BELƏ OLUR?
Bloger Həbib Müntəzir feysbukda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin sərvətinin siyahısını yayıb.
O bildirib ki, icra başçısının Bakıda, Qazaxıstanda, Gəncədə və Dubayda milyonluq biznesi var.
İcra başçısının mülklərinin siyahısını təqdim edirik:
▪️ Bakıda, Həsən Əliyev küçəsində villa
▪️ Bakı, "Sahil" metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil
▪️ Bakı, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzil
▪️ Bakı, Teymur Əliyev küç. "Milyonerlər məhəlləsi"ndə qiyməti 25 milyon manat civarında olan villa
▪️ İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzil
▪️ Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil
▪️ Dubayda milyonluq biznesi
▪️ Qazaxıstanda tikinti biznesi
▪️ İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur.
Oğlu Məhəmməd Hacıyev Nərimanov Rayon Prokurorluğunun əməkdaşı olub. Hüquqşünas oğul mətbuatda dəfələrlə qalmaqal yaradan, davakar kimi məşhurlaşıb. Məhəmməd Hacıyevin avtomobil kolleksiyası:
▪️ 10-PP-369 dövlət nömrə nişanlı "Bentley"
▪️ Eyni nömrə nişanlı "Land Rover"
▪️ 90-AA-369 dövlət nömrə nişanlı "Mercedes S class"
▪️ Həmçinin son model "Mercedes Gelandewagen"
İmişli Rayon İcra Hakimiyyəti blogerin yazısına münasibət bildirməyib.
qlobal.az