Milli Məclisin sədri Oqtay Əsədovun qardaşı Nazim Sabir oğlu Əsədov Bakının Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsi 12 ünvanında zirzəmisi daxil olmaqla 4 mərtəbəli obyekt tikdirir. Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, 20 sot sahədə aparılan tikinti işlərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən bu ilin iyununda icazə verilib.
Ümumi sahəsi 16783,3 kvadrat metr nəzərdə tutulan binanın layihəsi "AS-KO" MMC tərəfindən hazırlanıb. ARASH MEDİKAL şirkətilə bağlı yazı sonra Milli Məclis bəyanat vermişdi ki, Oqtay Əsədovun Cavid Əsədov adında qardaşı oğlu yoxdur, o belə bir adam tanımır