Fransanın şimalındakı O-de-Frans departamentinin inzibati orqanlarının işi genişmiqyaslı kiberhücum səbəbindən pozulub.
Bu barədə departamentin prefekturasının mətbuat xidməti məlumat yayıb.
"Departament genişmiqyaslı kiberhücuma məruz qalıb. Bütün informasiya sistemləri və adi rabitə vasitələri qeyri-müəyyən müddətə deaktiv edilib", - məlumatda bildirilib.
“La Tribune” qəzetinə bildirilib ki, hazırda məlumatların qorunması və zərərin qiymətləndirilməsi üzrə işlər aparılır.
