Müğənni Aynur Dadaşova ilə hazırda Rusiyada həbsdə olan kriminal avtoritet “Bərdəli Dadaş” kimi tanınan Dadaş Nəzərovun gizli əlaqələrinin olduğu iddia olunur.
“Reportyor.info” xəbər verir ki, kriminal dairələrdən Criminal.az saytına daxil olan məlumata görə, hətta A.Dadaşova bu ilin fevralında Bakıda təşkil olunan şou-konsertlərdən birində Bərdəli Dadaşın ad gününü də təbrik edib, ona xoş sözlər ünvanlayıb:
“Özü burda olmasa da, dəyərli, hörmətli dostum, çox sevdiyim Dadaş qardaşımın ad günüdür. Bu münasibətlə qardaşımı təbrik edirəm, uzun ömür, can sağlığı arzu edirəm. Arzu edirəm ki qardaşım bütün arzularına çatsın”.
Aynur Dadaşova isə sayta açıqlamasında Bərdəli Dadaşla münasibətinin olmasını təkzib edib: “Elə bir adam tanımıram. Ola bilsin ki, məclislərdən birində kimsə təbrik etməyimi xahiş edib, mən də həmin təbriki səsləndirmişəm”.
Xatırladaq ki, Kaluqa həbsxanasında cəza çəkən ”Bərdəli Ruslan” və onun qardaşı Dadaş Rusiya Cinayət Məcəlləsinin 318-ci (dövlət məmuruna qarşı zorakılıq), 209-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 163-cü yəni (quldurluq) maddəsinin bir neçə bəndi ilə təqsirli bilinərək məhkum ediiliblər. Ruslan Nəzərli 10,5 il, Dadaş Nəzərli isə 11,5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, müğənnilərlə kriminal avtoritetlərlər arasında münasibətlərin olması artıq adi hala çevrilib. Müğənni Fədayə Laçın “Qoca” ləqəbli kriminal avtoritetlə münasibətinin olması və onun qaçırılmasında əlaqəsəinə görə hazırda həbsxanada cəza çəkir. Bundan başqa müğənni Afaq Aslanın “Lotu Quli” ilə gizli münasibətlərinin olması ölkə mediasında üzün müddət tirajlanmışdı.