“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başlayıb. Redaksiyamıza gələn məlumata görə qurum Namiq Məmmədov haqqında mediada yazılan yazılardan sonra hərəkətə keçib. İddianı qurumun əməkdaşları təsdiq edib. Belə ki, mediada yayılan xəbərlər Namiq Məmmədovun qanunsuzluqlarından bəhs edirdi. Məhz yoxlamalar başlandığı üçün N. Məmmədovun bir neçə gün öncə rayonlardan birinə region rəisi göndərilməsi təqdimatı geri qaytarılıb və vəzifəsi bir müddətlik ezam edilməklə dəyişdirilib.
“Azəriqaz” İstehsalat Birliyi Namiq Məmmədovun qanunsuzluqlarını diqqətə aldığını nəzərə alaraq qurumun audit şöbəsinə yardım etmək məqsədi ilə sözügedən şəxsə məxsus daşınmaz əmlakların siyahısını dərc etmək qərarına gəldik. İstintaq bu məlumatları da araşdıra bilər:
Belə ki, Namiq Məmmədov 2016-cı ildə Ağsu RQİİ-nə rəis təyin olunanda kreditlə aldığı TOFAS avtomobilinə sahib idisə qısa müddətdə Bakıda 2 mənzil, Ağsuda yeni mənzil, yeni avtomobil almışdır.
Namiq Məmmədov Lənkəran şəhərinin ən yaxşı hissəsində özünə dəbdəbəli mənzil tikdirməyi də bacarıb. Bundan başqa böyük oğlunu “Azəriqaz” İB-də yüksək vəzifəli işlə təmin ediliblər. Hansı ki, illərlə qaz təsərrüfatı sahəsində çalışan işçilər isə illərdir yerində saymağa davam edirlər.
Bəs N. Məmmədov bu əmlakları necə əldə edib, kimin yardımı ilə? Bu suallara cavab tapmaq üçün bir ayrıntıya diqqət yetirməkdə fayda var. Namiq Məmmədov hal- hazırda hansısa yolla “Azəriqaz” İB baş direktorunun 1-ci müavini Nail Abdullayevin sevimlisinə çevrilib. N. Abdullayev Məmmədovu illərdir müdafiə edir, onun uğurlarının yoluna işıq tutmağa çalışır. Səbəbləri isə bizə aydın deyil.
Lənkəran RQİİ-nin İstehlakçılara Satılan Qaza Nəzarət Şöbəsinin rəisi İşləyən Nəriman Mehdiyev isə 6 ay əvvəl hansısa müəssisədən pul almış, üstü açılsa da Namiq Məmmədov bu işi ört bastır etmişdir. Nəriman Mehdiyevin “Azəriqaz”-dan ərizəsini istəmişdilər, lakin N.Məmmədov bu işi yoluna qoymuşdur.
Məlumata görə N.Mehdiyev reqion rəisi Namiq Məmmədovun qara kassası hesab olunur. O Namiq Məmmədovla Ağsu RQİİ-dədə İSQNŞ-nin rəisi işləmişdir. Namiq Məmmədov hazırda həm Cahid Hüseynova həm də yeni müavin Nail Abdullayeva arxayındı, Naillə aralarında böyük haqq hesab olduğu bildirilir.
Məlumatda həmçinin bildirilir ki, qurumdakı yoxlamalar bir çox sahəni əhatə edir. O cümlədən bir neçə gündür Lənkəran RQİİ-dəki yoxlama çoxlu saydakı qanun pozuntusu,yəni sayğac yükləmələri (7 milyon m3), 200-ə yaxın vətəndaşdan pul alaraq passiv olan abonent kodlarını aktiv edərək sayğac qoyulması, “Layihə İnşaat” MMC-nin rəhbəri əslən Şamaxı rayonundan olan (SOCAR vitse-prezidenti olmuş Daşqın İsgəndərovun yaxın adamı) İxtiyar Şirinovla əlbir olub çox sayda saxta layihə işlənməsi araşdırmaya alınıb.
Sonda qeyd edək ki, bütün bunların başında isə Cahid Hüseynov durur. O, özünə də toxuna biləcək bütün qanunsuzluqların üstünün açılamaması üçün N. Məmmədovu müdafiə etməyə çalışır. C. Hüseynovun hazırda qorxduğunun başına gələ biləcəyindən ehtiyat edir. Belə ki, onun qardaşı oğlu Xaçmaz Regional Qaz-İstismar İdarəsinin Xızı rayonu üzrə Qəza-Bərpa Xidmətinin rəisi Ə. Hüseynov çoxsaydı şikayətlər əsasında hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla həbs edilib. O, əmisi C. Hüseynovun nüfuzundan istifadə edərək Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan torpaq sahələrini özəlləşdirmək üçün ayrı-ayrı vətəndaşları aldatmaqda ittiham edilir.
Həmçinin, Ə.Hüseynov əmisi Cahid Hüseynovun adından ayrı-ayrı vətəndaşları inandırmaq üçün pul müqabilində ələ aldığı başqa bir şəxsin vasitəsilə tərəflər arasında telefon danışığı da təşkil etdirib. Bununla Əlihüseyn Hüseynov əmisi Cahid Hüseynovun SOCAR rəhbərliyi və kirvəsi “Azəriqaz” İstehsalat Birliyinin sabiq Baş direktoru Ruslan Əliyevlə olan şəxsi əlaqələrindən istifadə edərək, vətəndaşlara vəd etdiyi torpaq sahələrini özəlləşdirəcəyinə inandırıb.
C. Hüseynov qardaşı oğlunun başına gələnləri yaşamaqdan qorxduğu üçün hazırda N. Məmmədovu müdafiə etməkdən çəkinir. Yoxlamaların ucu ona da toxunarsa nələrin baş verəcəyini bildiyi üçün kənara çəkildiyi bildirilir.
Dərc etdiyimiz məlumatların doğruluğunu isə N. Məmmədov özü də dolayı yolla təsdiq edib. Belə ki, Namiq Məmmədovun özünün dediyinə görə onun qurumda dayağı Nail Abdullayev və C. Hüseynovdur. Bu o deməkdir ki, yazılanların doğruluğunda zərrə şübhə yeri qalmır. Bundan sonra iş qurumun audit şöbəsinin üstünə düşür.
Növbəti yazımızda yoxlamaların gedişatı və N. Məmmədovun aqibəti haqqında məlumat verəcəyik.
Busaat.az
