“Ermənistanın sabiq prezidenti Serj Sarqsyan və Robert Köçəryanla bağlı hazırda istintaq davam etdirilir”.
“Report” xəbər verir ki, bunu Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.
O xatırladıb ki, Xocalıya hücum zamanı 613 nəfər qətlə yetirilib: "Xocalı soyqırımı zamanı şəhərin 5 379 nəfər əhalisi deportasiya olunub”.
"Cinayət işi üzrə 5 istiqamət müəyyən edilib. Cinayət işinin istintaqı zamanı 39 nəfər Xocalı soyqıırmı, 3 nəfər terror cinayətləri, ümumilikdə isə 305 şəxsin əməlləri isə Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan hallar üzrə sübuta yetirilib. Axtarışların təmin edilməsindən ötrü müvafiq təşkilatlara göndərilib. Onlardan 2 nəfər cinayət məsuliyyətinə cəlb edilib”, - E.Tağıyev əlavə edib.