Son günlər Azərbaycanda yaşıllığın məhv edilməsi faciəvi durum alıb. Nədənsə aidiyyatı dövlət qurumları bu istiqamətdə gərəkən addımları atmırlar ki, bu da təbiət qənimlərini əməlli başlı həvəsləndirib. DİA.AZ bildirir ki, bu gün təbiətə ziyan vuranlar arasında daha çox adları hallandırılanlar da məhz rəsmi simalardır.
Özlərinə obyekt quranlar, ev tikənlər və ümumiyyətlə meşə təsərrüfatını biznesinə çevirənlər üçün yaşıllığın məhvi sıradan yaşantılardandır. Onların bir ağacın hansı əhəmiyyət daşımasının fərqində olmadıqları isə gün kimi aydındır.
Az qala hər gün xəbər eşidirik ki, hansısa məmur, vəzifəli şəxs, deputat və yaxud da keçmiş deputat məhz yaşıllığın məhv edilməsinə görə, qanun qarşısına çıxarılır. Təbii ki, bu da məsələnin citimailəşməsinin ardından baş verir.
Həmin yaşıllıq qənimlərindən biri də 112 Saylı Qax Seçki Dairəsindən deputat "seçilmiş" Azər Kərimlidir. Qeyd edək ki, onun son seçkilərdəki "qələbəsi" də kifayət qədər şübhələrlə müşaiyət olunmuşdu. İndi isə seçici haqqına girən bu adamın adı meşələrin qənimi kimi hallanır.
DİA.AZ xatırladır ki, dünən bu qəbildən olan bir məlumatı təqdim etmişdik:
Qaxın ƏLİ BALTALI DEPUTATI... - FOTOFAKT
Bu gün isə redaksiyamıza informasiya göndərən mənbə olduqca ağır bir cinayətin üstünü açır. Mənbə dia.az-a bildirir: "Azər Kərimlinin "Lotos" firması Şəkidən Balakənədək meşə qoymadı. Qırıb daşıdılar. Ayı fındığı adlanan ağac növü var. Qırmızı kitaba düşən. Həmin ağac növünün kökünü Azər Kərimli kəsib. Bunun əli çatmayanı da DSX-nın rəisi Elçin Quliyev qırdı".
Hər halda bundan ağır cinayət ola bilməz. Çünki onların kəsdikləri ağaclar, həm də bizim KƏSİLƏN NƏFƏSİMİZDİR...
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
P.S. Son vaxtlar əslən Ermənistandan olan və 21 ildir ki, Qax rayonunda insanların siyasi iradəsinin əksinə gedərək özünün deputat təyin etdirən Azər Kərimlinin nədənsə yalnız meşələrə qənim kəsilməsi arədə mediada çoxsaylı yazılara rast gəlinir. Bu adam Qaxdan olan mənbəmizin verdiyi məlumatlardan aydın olur ki, rayonda mühüm vəzifələrə də onun "dobro"su əsasında təyinatların baş verməsindən, İşğaldan azad olunmuş ərazilərdən qənimət kimi daşınan br çox erməni texnikalarına Qax şəhərinə gətirib doldurmasından, Zaqtatalada yerləşən "Azərtütün" MMC -nin xəttilə Əvvəlcə İrandan daşınan fermentlənmiş tütün məhsullarının Azərbaycan malı adı altında yenidən qablaşdırılaraq Ukrayna Respublikasına sırınmasından, rayondakı örüş sahələrinin zəbt olunaraq yerinə meyvə ağaclarından ibarət plantasiyaların salınmasından, İşğaldan azad olunmuş ərazilərdən qənimət kimi gətirilmiş taxıl məhsullarının daşınması və un halına çevrilərək mağazalarda baha qiymətə satışınını təşkil etməklə də məşğuldur. Yəni cənab deputatın bizbesi o qədər genişlənib ki, artıq idarəetmədə çətinlik çəkmıəyə başlamışdır. O da qazanan milyonlarının çox hissəsini hazırda Londonda yaşayan oğluna transfer etməklə məşğuldur. Bəli, br azdan eşidəcəyik ki, qonşu rayonun deputatı kimi onun da milyonlarına London Məhkəməsi müsadirə etdi. Bu hafdisə baş versə biz heç təəccüblənmərik.
İfadetv.com
