Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində müvəqqəti yaşayan Gürcüstan vətəndaşı Osmanov Binəli Ifadetv.com saytına açıqlamasında bildirir:
Mən, Binəli Osmanov 02 fevral 1972-cu ildə Gürcüstan respublikasının Dmanisi rayonunda anadan olmuşam. İşimlə bağlı son illəri müvəqqəti olaraq Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində yaşayıram. Hər iki aydan bir doğma yurduma- Gürcüstana gedib gəlirəm. Və hər dəfə də Azərbaycana qayıdanda özümlə normaya uyğun ərzaq mallarından da gətirirəm. Lakin bu ilin mayın 4-də “Sınıq körpü” Postunda Azərbaycan tərəfin gömrük işçisi namazov Natiq Vidadi oğlu (təbii ki, əslən Naxçıvandan olan, başqa cür ola da bilməz) Gürcüstandan mənimlə birlikdə gələn Şabanov Bəxtiyar Vidadi oğlu və mənə məxsus olan, hər birimizə aid 5 l çaxırı əlimizdən alıb müvəqqəti saxlanca qoydular. Və yaxşı ki, AKT da bağladılar.
Digər yoldaş Əsgərov İsmayıl bahadur oğlunun da gətirdiyi 5 l çaxırı zorakılıqla əlindən alıb heç akt da tərtib etmədilər. Hadisə 4 may 2019-cu il, saat 12-30 -12-50 arası müşahidə kameralarının altında baş vermişdir. Bir daha xatırladım ki, mayın 4-də bütün Qırmızı Körpü Gömrük postu işçiləri yalnız vətəndaşların gətirdikləri çaxırları müsadirə edirdilər. sanki hansısa məmurun oğlunun toy məclisinə tədarük görürdülər. Azərbaycana gələn xarici və yerli vətəndaşlara qarşı gömrük işçilərinin kobud davranışını və əmnlaklarımızı zorakılıqla əsassız olaraq ələ keçirmələrini rəsmi dələduzluq və vəhşilk adlandırmaq olar. Əgər gömrük orqanlarına təqdim olunan qadağan olunmuş mallar siyahısında gürcü çaxırının adı varsa. Hardasa bununla razılaşmaq olar. Amma Azərbaycan DGK-dən fərqli olaraq Gürcüstan Respublikası öz dövlət büdcəsini məhz bütün dünya ölkələrinə ixrac etdiyi çaxırın sayəsində müəyyən qədər formalaşdıra bilir, təkcə Azərbaycandan başqa. Ona da Dövlət Gömrük Komitəsi dövlətin deyil, özlərinin tərtib etdikləri “qanunlar” tətbiq etməklə. Arzu edərdik ki, bizim gömrük postlarımızda dövlətin tərtib etdiyi təlimatlara uyğun qeyd edilmiş malların postlardan keçirilməsinə inhisarçı quldurların göstərişlərinə əməl edilmədən icazə verilsin.
Çoxhörmətli, Preziden İlham Əliyev və Soloma Zurabaşvilyə müracət eədərək bildirmək istəyirəm. Mən Gürcüstan vətəndaşı olsam da milliyətcə azəri-türküyəm. Və Azərbaycana doğmalarımın yanına gəlmək-getmək mənim hüququmdur. Gürcüstan tərəfin gömrük postu Azərbaycan tərəfə nisbətən bütün standart qaydalara əməl edir və insanları incitmir, əmlaklarını zorakılıqla ələ keçirmirlər.
Başımıza gətirilən belə xoşagəlməz hadisələrdən nəticə çıxarırırq ki, Dövlət Gömrük Komitəsində daha savadlı, peşəkar, qanunlardan xəbəri olan və Azərbaycanın digər regionlarını təmsil edən kadrların işləməsinə çox böyük ehtiyac vardır. Bir sözlə, DGK-də ciddi islahatların aparılması zəruriyyəti yaranmışdır.
Məsləilə bağlı Dövlət Gömrük Komitəsinin “Qırmızı körpü” sərhədd-buraxılış məntəqəsində baş verənlərlə bağlı tədbir görülməsi xahişilə 14 may 2019-cu ildə hər iki ölkənin prezidentlərinə müraciət etmişdim. İki gün sonra DGK-nin mətbuat xidməti bizim 04 may tarixində məntəqədə gömrük əməkdaşımızla olan montaj olunmuş bir video görüntü və şərh yayaraq rəsmi açıqlama verdilər ki, guya biz 5 l açıq çaxır üçün gömrük əməkdaşına rüşvət təklif etmişikmiş. Amma videoda sürücünün əməkdaşa avtomobildən götürüb təqdim etdiyi pasport olmuşdur, bir banderol dollar yox. Mən özüm gömrükçülərin belə uydurma rəsmi bəyanatlarına “heyran qaldım” Doğrudanmı, mən və sürücüm 5 l olan və özlərinin də bəyənnamədə qiymətləndirdikləri kimi hər litrə 1 dollar olan çaxır üçün doğrudanmı biz vicdansız gömrük əməkdaşına rüşvət təklif etmişik? Etmişiksə niyə bizim həbs edilməyimiz üçün hadisə yerinə polis dəvət edilmədi? Belə də məntiqsiz açıqlama olarmı? Doğurdanmı kimsə 5 l açıq çaxır üçün rüşvət təklif edə bilər? və ya bu cəhdin bir mənası varmı? Bəzi sadə sayt lar da DGK-nin rəsmi məlumatını həqiqətət hesab edərək ağına-bozuna baxmadan yerləşdiriblər.
Budur, 10 gün əvvəl, iyulun 3-də DGK-dən mənə zəng edərək bildirdilər ki, narahat olmayın biz indi sizin şikayətiniz əsasında “Qırmızı körpü” keçid məntəqəsinə gedib yerində araşdırma aparacağıq. Hələlik hadisənin baş verməsindən 70 gün, mən iki ölkə prezidentinə müraciətimdən isə 60 gün keçməsinə baxmayaraq heç bir cavab almamışam.
İfadetv.com olaraq tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.