Bu brədə Bakı şəhəri, Səbayıl rayonu,( AZ 1021) Badmdar qəsəbəsində kirayədə yaşayan borclu Məmmədov Kamil Mürsəl oğlu İfadetv.com saytına bildirmişdir:
Mən, 06 noyabr 2014-cü ildə UNİ Bankdan 2850 dollar kredit götürmüşdüm. Əvvəlcə krediti aylıq 115 manat olmaqla ödəyirdim. Adi sürücü işlədiyimə görə krediti sonralar ödəməkdə çətinliyim olduğundan banka müraciət etdim ki, aylıq ödənişin məbləğini azaltsınlar. Bank nəzrə aldı və aylıq 67 manat təyin etdi. Bir müddətdən sonra yenidən banka müraciət edərək kreditin manata çevrilməsini və ödənişin azalmasını istədim. Nəticədə ödənişi aylıq 52 manat etdilər. Ona görə də nümunəvi borclu kimi ödənişləri vaxtı-vaxtında həyata keçirdim. Xatırladım ki, kredit aldığım zaman bank mənə kassadan manatla pul versə də müqavilədə dollarla rəsmiləşdiribmiş.
Bu ilin əvvəlində Sizin bank faizlərinə görə kredit alan vətəndaşlara təzminatın ödənilməsi barədə sərəncamınızdan sonra məni banka dəvət etdilər. Və artıq ödədiyim 1900 manat hesablayıb mənə qaytardılar. Elə həmin gündən bank yenidən mənə və zamin duran qohumlarıma fasiləsiz zənglər vuraraq deyirlər ki, təcili aldığın pulu və cəmisi 2500 manatı banka qaytarmalısan.Deməli, mən aldığım 2500 manata qarşı 7000 manat civarında pul ödəməliyəm.Axı, Cənab Predzidenin verdiyi sərəncamda da qeyd edilir ki, vətəndaşa təzminat ödənildikdən sonra qalıq borcun qaytarılması üçün vətəndaşa 5 il vaxt verilir və hər ilə 1 faiz olmaqla ödəniş etməyə imkan yaradılır. Lakin çox təəssüflər olsun ki, təkcə UNİ bank ASC digər kommersiya banklarından fərqli olaraq dövlət başçısının tapşırıqlarına yox, yalnız öz maraqları daxilində qərarlar qəbul edib biz kimi vətəndaşları bezdirməklə çıxılmaz vəziyyətə salırlar.
P.S Xatırladaq ki, anloji hdisə Ağsu rayonun Kalva kəndində qeydiyyatda olan borclu Hüseynov Samiq Zahir oğlunun da başına gətirilmişdir. Uni bnakdan kredit götürmüş Samiqə ödənilən 399 mnat təzminat da dərhal ondan geri alınmışdır.