Çinin Vuhan şəhərində meydana çıxan və dünyaya yayılan epidemiyaya çevrilən ölümcül koronavirus səbəbindən 237 vətəndaşını itirmiş İrandan ürəkləri sızladan video yayılıb.
İranlı bir tibb bacısının sosial şəbəkəyə yüklədiyi videoda deyilir: “Lütfən, Allah xatirinə, evlərinizdən bayıra çıxmayın. Bu gün səhərdən bəri gözlərimizin qarşısında 100 nəfər öldü”. Tibb bacısının bu sözləri ölkədəki vəziyyətin dəhşətini göz önünə sərib.