Təhlükəsizliyinə təhdid olarsa, Türkiyə müdaxilə edəcək.
Bunu ölkənin xarici işlər naziri Hakan Fidan Suriyadakı vəziyyətlə bağlı bildirib.
“Buradan Suriyadakı qruplara xəbərdarlıq edirəm: bu cür xaosları özünüz üçün taktiki fürsətlər bilməyin”, nazir qeyd edib.
O vurğulayıb ki, başqasının ortaya qoyduğu bir oyundan fayda olmayacağı unudulmasın:
“Aid olduğunuz torpaqların şərəfli, bərabər, güvən içində yaşayan fərdləri olmağı hədəfləyin. Xaosdan muxtariyyət, müstəqillik çıxarmağa çalışan və bunun üçün də hər şeyi yandırıb yıxmağa hazır olan bir perspektivdə olmayın”.
Hakan Fidan bildirib ki, diplomatiya yolu ilə danışılacaq çox şey var:
“Ancaq bunun qarşısına keçib, zorakılıqdan istifadə edərək bölgədə sabitliyi pozsanız, biz bunu öz milli təhlükəsizliyimizə birbaşa təhdid olaraq qəbul edib, müdaxilə edərik”.
