Xatırladaq ki, bir nüsxəsi cənab Ali Baş Komandan İlham Əliyevə, aidiyyatı üzrə dövlət orqanlarına və bir nüsxəsi də mətbuat orqanlarına ümvanlanan şikayətdə Oğuz rayonun Xal Xal kəndində yaşayan Məmmədov Vüqar Baxtiyar oğlu müraciətində Qarabağdan olan yerli polislərin qanunsuz hərəkətlərindən ailəliklə intihar etmə dərəcəsinə çatdıqlarını bildirmişdir. Müraciətin aktuallığını nəzrə alaraq dünənki sayımızda yazını olduğu kimi ictimaiyyətə təqdim etmişdik. Bu gün şikayətçi yenidən saytımıza və yuxarı orqanlara etdiyi müraciətində onun xırda probleminin Oğuz rayon Polis Şöbəsinin rəisi tərəfindən şəxsən nəzarətə götürülərək dərhal həll edildiyini bildirmişdir. Vüqar Məmmədov xahiş etmişdir ki, onun bu gündən sonra ailəsini dolandırmaq üçün çörək bişirib satmasına rayon daxilində kimsənnin maneçilik törətməyəcəyindən çox razıdır. Və bu şəraiti ona yerli polis rəisi tərəfindən yaradıldığına görə ona minnətdarlığını da bildirir. Biz, İfadetv.com olaraq arzu edirik ki, bu müharibə dövründə sadə vətəndaşlarımızın yaşamaq uğrunda apardıqları mübarizəyə kimsə əngəl olmasın. Vüqar Məmmədovun növbəti müraciətini olduğu kimi təqdim edirik:
Mən, Məmmədov Vüqar Bəxtiyar oğlu Oğuz rayon Xal Xal kənd sakiniyəm. Bildirirəm ki, 3 aylıq süründürməçilkdən sonra 27 oktyabr 2020-ci ildə - Oğuz rayon Polis Şöbəsi rəhbərlərinin meşə müdiriilə ortaqlı olaraq Oğuz meşələrini hər maşını 600 manata kütləvi qırdırıb satmalarının dərhal qarşısının alınması və mənim çörək bişirib satmağım üçün meşədən kol-kos toplamağa imkan verilməməsindən respublikanın yuxarı orqanlarına şikayət yazaraq mənə köməklik göstərilməsi, ailəmi dolandırmağım üçün çörək bişirib satmağım üçün meşə kənarından topladığım və köhnə UAZ markalı avtomobilə gətirdiyim zaman Azər adlı polis tərəfindən pul vermədiyimə görə maşınımın qanunsuz olaraq topladığım kol kosla birlikdə şöbədə uzun müddət saxlanmasından bezərək verdiyim şikayətdən dərhal sonra bu gün yəni 29 oktyabrda Oğuz Polis Şöbəsinin rəisi Vüqar müəllim məsələnin araşdırılması üçün məni otağına dəvət etmiş, adları hallanan polis Azərə yarıtmaz işinə görə töhmət elan etmiş, UAZ maşınımın dərhal mənə qaytarılması barədə göstəriş vermiş və bundan sonra da təndiri qalamağım üçün meşə kənarından yarasız sərbəst olaraq kol kosları toplayıb təndirə aparmağıma birdəfəlik icazə vermişdir. Polis rəisiilə yanaşı onun müavinləri olan polis zabitləri Qabil, Ramin və Əbülfəz də sağ olsunlar ki, problemin tez vaxtda həll edilməsi üçün bütün köməklikləri göstərdilər. İndi mən inandım ki, ailəmi dolandirmaq üçün rahat kol kos toplayıb çörək bişirib sata biləcəyəm.
Ona görə də son dərəcə əsəbi formada yuxarı orqanlara göndərdiyim şikayətlə bağlı bir daha bildirmək istəyirəm ki, xırda problemim Vüqar rəisin insanlığı, sadəliyi sayəsində öz həllini tapdı. Şəxsən rəisə öz minnətdarlığımı bildirir və müraciət etdiyim bütün yuxarı orqan rəhbərlərindən də xahiş edirəm ki, mənim problemimin tez həll olunmasını nəzərə alsınlar.Şikayətim yoxdur. Hamıya sağ olun deyirəm.
