İnternetdə Rusiya sülhməramlı qoşunlarının Ermənistan üzərindən Qarabağa doğru hərəkətinin videokadrları yayılıb. Kadrlara əsasən bir-birinin ardınca enən İl-76 hərbi-nəqliyyat təyyarələrindən enən Rusiya desant qüvvələri zirehli transportyorlarla və digər nəqliyyat vasitələri ilə şosse yoluna çıxır, oradan isə Ermənistan polisinin müşaiyəti ilə Qarabağa, Laçına tərəf istiqamət alır...
