Vətən Partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyan Ermənistan Baş naziri Nikol Paşinyanın müxalifətin Qarabağla bağlı 9 noyabrda imzalanan Bəyanatı ləğv etmək istəyi barədə açıqlamasını təkzib edib.
Axar.az xəbər verir ki, A.Vanetsyan bu barədə İrəvanda bu gün keçirilən mitinqdə danışıb.
O deyib ki, heç kəs Qarabağ razılaşmasını ləğv etməyə hazırlaşmır:
“Biz sadəcə, müharibəni uduzan şəxs kimi Nikol Paşinyanın istefa verməsini tələb edirik”.
Vanetsyan, həmçinin onu da qeyd edib ki, Qarabağda müharibənin başlamasına səbəb Paşinyanın bərbad xarici siyasəti olub.
P.S. Ermənilər 20 noyabrda Ermənistana gələn 4 nazirin rəsmi görüşündən sonra belə qənatə gəldilər ki, Paşinyan Qərbə üz tutmasaydı Rusiya Azərbaycana müharibə etməyə və başlamasına imkan verməzdi.
