Ifadetv.com xəbər verir ki, Ermənistanın baş naziri N.Paşinyan bu gün xalqa video-müraciətində, müharibədəki məğlubiyyəti zamanında alınmış silahların effektsizliyi ilə əlaqələndirib.
Bildirib ki, Osa-AK zenit raket sistemlərinin səmərəsizliyi ucbatından hava hücumlarını dəf etmək mümkün olmayıb. "Müharibə zamanı "göyləri qoruyan sistemlər" işləmədi" - deyən Paşinyan, bu sistem üçün Rusiyaya 42 milyon dollar ödənildiyini xatırladıb.
