Xatrladaq ki, İfadetv.co saytının növbəti 11 fevral 2021-ci il tarixli sayında “DOĞRUDANMI "ŞAHDAĞ MİLLİ PARK" ƏRAZİSİNİ 20000 MANATA SATAN İŞÇİSİNDƏN NAZİR MUXTAR BABAYEVİN XƏBƏRİ YOXDUR?” ba.lığı altında verilən araşdırma yazısında Oğuz və Qəbələ rayonlarındakı meşə və parklarda baş vermiş qanunsuz ağac kəsimləri, maliyyə maxenasiyaları, yerli əhalinin məcbur olub təbiətin müdafiəsinə qalxmasından və bu zaman baş vermiş insidentdən yazmış və ictimaiyyəti məlumatlandırmışdıq. Bu gün istər Oğuz Rayon Polis Şöbəsindən aldığımız məlumatdan aydın olur ki, nəhayət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Oğuz Şöbəsinə qaldırılmış məslənin yerində araşdırılması və tədbir görülməsi tapşırılmışdır. Eləcə də AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki əməkdaşı bu gün Qəbələ rayonuna ezam olunmuş, yazılanların yerində araşdırılması üçün ETSN-nin Qəbələ Regional Meşə Təsəsrrüfatı Mərkəzində araşdırmaya başlamışdır. Doğrusu, sayt əməkdaşları olaraq araşdırma yzısına belə operativ reaksiya göstərilməsi bizi həm təəccübləndirdi, həm də sevindidrdi. Sevindirdi ona görə ki, nəhayət Oğuz və Qəbələ zonasında meşə fonduna vurulan külli-miqdard ziyanlara heç olmasa bir az fasilə veriləcək.
Bir daha xatırlamaq yerinə düşərdi ki, adının çəkilməsini istəməyən Oğuz rayonundan olan yük avtomobili sürücülərinin verdikləri məlumatlara görə 2020-ci ilin yayında Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində onlarla və digər tabe rayonlardakı sürücülərlə guya təbii qazla təchiz edilməyən kəndlərdə yerləşən rayon daxilindəki dövlət müəssisələrinə meşələrdən oduncaqlar daşınması üçün hər ay 2500-3000 manat maaş verilməklə 3 aylıq formal əmək müqaviləsi bağlanmış, hər ay üçün onların avtomobili üçün 3000 manat dəyərində yanacaqla təmin olunmaları üçün sənədlərə imzalar atmışlar. Aylıq maaşlar kartlarımıza daxil olan gün Regional Meşə Təsərrüfatı Mərkəzi işçiləri hər rayon üzrə bizim kimi saxta müqavilə bağlanmış 5-6 sürücünü Qəbələ şəhərindəki bankomatlara dəvət edərək hesbımıza köçürülən pulların onlara verilməsini tələb edirdilər. Beləliklə, Qəbələ Regional Meşə Təsərrüfatına tabeçiliyində olan hər rayon üzrə təxminən əldə edilən 120000 manat pul Mərkəz rəisi və əməkdaşları tərəfindən mənimsənilmişdir.
Doğrudur, biz Oğuz rayonundan olan formal sürcülüər bizim adımıza köçürülən 1-ci ayın pulunu Mərkəz müdirinə vermədən özümüz alıb xərclədik. Sonrakı ayları isə özümzə 1 qəpik saxlamadan verdik. Ona görə də Mərkəz müdirinin göstərişi əsasında biz sürücülərin Oğuz meşlərindən qırılan odun materiallarının daşınmasına qəti qadağa qoyulmuşdur. Yəni, bizim avtomobilləri meşəyə buraxmamaqla qisas alırlar .Ona görə dolana bilmirik.”
Bu məsələilə bağlı 15 fevralda Qəbələ rayonuna ezam edilmiş ETSN əməkdaşları Meşə Təsəsrrüfatı Mərkəzində olarkən ilk sualları bu olmuşdur ki, Oğuzdan olan yük avtomobil sürücüləri kimlər olmuşlar? Müzakirədə iştirak edən yerli sakinlər bu səlahiyyət sahiblərini baş salmışlar ki. biz hardan bilək ki, yay mövsümündə Oğuzdan, Qəbələdən, İsmayıllıdan olan odun materialı daşıyan sürücülərin adı, soyadı nədir. Əgər doğrudan da bilmək istəyirsinizsə mühasibatdn alın 2020-ci ilin əmək müqaviləsi bağlanan şəxslərin siyahısını və iyun-avqust ayları üçün əmək müqaviləsi bağlanmış sürücülərin adlarını oxuyun. Bu təklif dövlət məmurlarının ağıllarına batmışdır.
“Şahdağ Milli Park”ının Qəbələ Şöbəsində bu yaxınlrda baş vermiş insidentlə bağlı araşdırdığımız araşdırmann davamı olaraq onu bildirək ki, verilən məlumata görə ETSN Qəbələ Regional Meşə Təsərrüfttı müdiri olan Alim Əlizadə vaxtilə ETSN Yaşıllaşdırma İdarəsində birlikdə işlədiyi dostu olan Yaqub oğlu Akiflə ( ETSN Qəbələ “Şahdağ Milli Park”ının direktoru olmuş, hazırda 6 saylı Regional Ekologiya İdarəsinin rəisidir) və Oğuz Meşə Təsəsrrüfatı İdarəsi müdiri olan Kənan adlı şəxslə gizli sövdələşərək 2020-ci ildə Abrıx kəndi yaxınlığındakı Şahdağ Milli Parkla Meşə ərazisinin sərhəd zonasını 20000 AZN pul müqabilində bir işbaza satmışlar. Bu gün bizə məlum olmuşdur ki, həmin işbaz sahibkar Qəbələ rayonun Uludaş kənd sakini Seyid adlı birisidir. Bu sahibkar Şahdağ Milli Parkına yaxın kənddə yaşadığına görə o doğma qardaşının evinin həyətində uzun müddətdir ki, 5-6 ədəd müxtəlif funksiyaları yerinə yetirən taxta-şalban sexi üçün lazım olan avadanlıqları alıb quraşdırmış və sifarişlər əsasında yaş ağacların emalı işilə məşğul olmuşdur. Doğrudur, ETSN Qəbələ Regional Meşə Təsərrüfttı müdirilə 20000 manat məbləğinə park və meşə ərazisinin bir hissəsini satın alaraq oraya ağır texnikanın köməkliyilə ağacların kəsilib daşınması üçün avtomobil yolu açmağa cəhd etsə də Abrıx kənd sakinləri etiraz yürüşü keçirmiş və sepli traktorun meşə ərazisinə girişinə imkan verməmişlər. Hətta əlbəyaxa dava da olmuşdur. Və hazırda baş vermiş insidentlə bağlı Qəbələ rayon Prokurorluğunda araşdırma davam edir. Doğrudur, sonradan iş adamı Seyidin pulunun yarısı qaytarılsa da, qalan hissəsinin yerinə isə Oğuzun Muxas kəndindi yaxınlığındakı meşə dolayından diametri 55sm olan palıd ağacların 60 sm uzunluğunda doğranaraq URAL atomobililə Seyidin Qəbələnin Uludaş kəndindəki qanusuz taxta sexinə daşınmasını təmin edirlər. Doğrudur, yanvar ayında Oğuz rayon polis Şöbəsi əməkdaşlarına yerli sakinlərin etdikləri şikayətlərdən sonra üstü təzə kəsilmiş palıd oduncalarıilə bərabər Şöbənin həyətinə aparılsa da bundan dərhal xəbər tutan ETSN Qəbələ Regional Meşə Təsərrüfttı müdiri Alim Əlizadə özünü çatdırmış və nazirliyin adından tərtib edilmiş hansısa sənədi polislərə göstərməklə kontrabanda yükü xilas edərək Qəbələyə gətirmiş və ünvanına çatdırmışdır.
ETSN səlahiyyətlisi A.Əlizadə “Şahdağ Milli Parkı”nda baş vermiş cinayət əməlini ört-basdır etçək üçün yanvarın axırınadək tez tez Nazirlikdəki himayədarlarının yanına gedib gəlməli olmuşdur. Amma iş deyəsən əvvəlki kimi asan həll olan məsləyə oxşamır. Son məlumata görə cənab Əlizadə müdir postuna keçdiyi və yenicə aldığı, dəyəri 90000 manat olan, 99-211 dövlət nömrə nişanlı TAYOTA “Rang Rover” markalı ağ rəngli avtomobilini və dəyəri 120000 manat olan, 2 qapılı son model “Pejore” markalı avtomobilini satışa çıxarmış, özü isə xidməti avtomobildən istifadə etmək zorunda qalmışdır. ETSN-dən də bir savdlı məmur tapılmır ki, soruşsun ki, ay Əlizadə sən müdir olduğun 9 ay ərzində necə oldu ki, iki ədəd ən bahalı xarici avtomobilə sahibləndin?
Alim Əlizadənin 90000 manata aldığı bahalı avtomobil
Amma biz ona da təəssüflənirik ki, meşə quldurları təkcə Qəbələdə, Oğuzda, İsmayıllıda deyil, onlar Qax rayonunda da mövcüddurlar. Qəbələdəki “Şahdağ” Milli Parkında olduğu kimi bu rayonun Cüdüllü kənd meşələri də tez tez deputat Azər Kərimlinin adamlarının hücumlarına məruz qalırlar. Kənd sakinlərinin qax.org.az saytına verdiyi məlumata görə, artıq 2 həftədir ki, kəndin meşəlik sahələrindəki çoxillik ağaclar kütləvi şəkildə qırılır və naməlum istiqamətə daşınır.Yerli icra hakimiyyətinin və icra nümayəndəliyinin göz yumduğu bu meşə soyqırımında deputat Azər Kərimlinin adamlarının yaxından iştirak etdikləri bildirilir.Çıxılmaz vəziyyətdə qalan kənd sakinləri meşənin girişinə beton baryerlər qoyublar ki, meşə cəlladları əraziyə daxil ola bilməsinlər.Buradan da görsənən odur ki,yerli sakinlər meşələrimizi, milli parklarımızı daha yaxşı mühafizə edir,nəinki ETSN-nin əməkdaşları. Baxmayaraq ki. bütün ərazilərdə meşələrə videomüşahidə altında nəzarət vardır.
Qax rayoun Cüdüllü meşəsimi yerli sakinlər deputatın meşə quldurlarından qorumaq üçün yola beton baryerlər düzüblər
Hesab edirik ki, nazir Muxtar Babayev tərəfindən Nazirliyin Meşə Təsərrüfatı Depertamentinə SOCAR –dan gətirilərək doldurulmuş rəsmi şəxslərinə arxalanaraq Qəbələ rayon Şahdağ Milli Park ərazisindəki qiymətli meşə ağaclarının satılması üçün işbazlarla gizli müqavilə bağlamış Mərkəz müdiri A.Əlizadənin törətdiyi korrupsiya əməllərinə tezliklə hüquqi qiymət verilməlidir.
Onu da xatılatmaq yerinə düşər ki, Oğuz rayon, Tayıflı kəndi yaxınlığında ETSN layihəsi və 100000 manat vəsiti əsasında salınmış qoz bağı niyə 2020-ci ilin payızında Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri Alim Əlizadənin göstərişi əsasında qanunsuz olaraq şumlanaraq məhv edilmiş və bu ərazi əsassız olaraq yerli bələdiyyə sədrinə taxıl əkilməsi üçün satılmışdır. Eləcə də həmin kəndin kənarında yerləşən digər 7 ha yabanı meşə zolağı da şumlanaraq taxıl əkilməsi üçün kənar fiziki şəxsə icarəyə verilmişdir. ETSN-nin rəsmi qurumunun araşdırmaları zamanı faktlar təsdiqini tapsa da nəyə görəsə 13 ha meşə və qoz bağının məhv edilməsinə və dövlətə vurulmuş zərərə görə cənab A.Əlizadə məsuliyyətə cəlb edilməmişdir.?!
Oğuz rayonun Tayıflı kəndində salınan qoz bağı şumlandıqdan sonra
Maraqlıdır ki, son aylar təkcə Qəbələ regionundakı meşələrin barbrcasına dağlmasına nədənsə yerli hüquq-mühafizə və İcra hakimiyyəti orqanları özlərini nədənsə passiv tamaşaçı kimi aparırlar. Sanki bəşəri cinayət hesab edilən bu vandalizmə qarşı yerli dövlət orqanları gücsüz və təsirsizdirlər. Təəssüfləndirici haldır ki, ETSN səlahiyyətliləri Azərbaycan meşə ərazilərilə dədələrinin malı kimi rəftar edirlər.
BƏS QANUNVERİCİLİYİMİZ NƏ DEYİR?
Əslində təkcə qanunsuz ağac kəsmə epizodu faktına görə Oğuz və Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılmalı idi.
Baş vermiş cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilməli idi.
Amma yenə də inanırıq ki, tezliklə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən adı dəflərlə Qəbələ regionunda yerləşən meşələrin məhv edilməsində hallanan Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri Alim Əlizadənin törətdiyi maliyyə maxenasiyaları və korrupsiya əməlləri barədə arxasında durduğu yaramaz oliqarxın kimliyindən asılı olmayaraq qanunmüvafiq tədbirlər görəcəkdir.
Araşdırmalarımız davam edir.
İfadetv.com saytının araşdırma qrupu