Artıq bir neçə həftədir ki, Moskva Dumasına seçkilərlə bağlı keçirilən aksiyalar Rusiya gündəminin əsas mövzusuna çevrilib.
Rusiya və Alman mətbuatına xəbər verir ki, aksiyalar zamanı ümumilikdə minlərlə vətəndaş həbs edilib.
Xatırladaq ki, etirazların başlanmasına səbəb Rusiya MSK-sının müxalif namizədləri qeydiyyata almaqdan imtina etməsi olub. MSK bu addımını müxalif namizədlərin imzatoplama kampaniyasında guya saxtakarlığa yol vermələrilə izah edib.
Rusiyada yaşayan mənbəmiz son aksiyalarla bağlı bildirir ki, günü-gündən ağır vəziyyətə düşən rusiya xalqının gözünü qorxutmaq üçün ən sərt formada icazəsiz mitinqlərdə iştirk etməyə görə yüksək məbləğdə cəzalandırıılmaları, məslən hər bir aksiya iştirakçısı 1 milyon rubl cərimələnməsi və dərhal icraya yönəldilməsi, xaricə çıxışlara stop qoyulması, vətəndaşın xüsusi nəzarətə götürülməsi və s. hərəkətlər son dərəcə cəmiyyətdə xof yaratmışdır.
Bütün bunlara rəğmən İyul ayının əvvəlindən başlayan aksiyalar isə getdikcə daha böyük vüsət almağa başlayıb. Xüsusilə iyulun 14-də və 28-də keçirilən icazəsiz aksiyalar daha mütəşəkkil və çoxsaylı olub. Müxalifət lideri Aleksey Navalnı başda olmaqla, əksər təşkilatçılar hələ iyulun 28-də keçiriləcək mitinqdən əvvəl – iyulun 24-də həbs edilərək, 30 sutkalıq cəza alıblar. Buna baxmayaraq, etirazçılar liderləri olmasa da, aksiyalarını keçirə biliblər.
Son etiraz aksiya isə avqustun 3-də baş tutub. Bu dəfə də polis etirazçılara qarşı güc tətbiq edib. Həmin aksiyada 800-dək vətəndaşın saxlanıldığı bildirilir. Hesab olunur ki, aksiyalar getdikcə daha böyük vüsət ala bilər və bunda polisin vətəndaşlara qarşı həddindən artıq zor tətbiq etməsinin də böyük rolu var. Amma hesab edirik ki, insanların küçələrə çıxmasının əsas səbəblərindən biri də ağır iqtisadi vəziyyətdir. Belə ki, son aylarda Rusiyanın demək olar ki, bütün şəhər və qəsəbələrində kafe və restoranlar demək olar ki, boş qalır. Obyekt sahibləri son 30 ildə belə vəziyyətlə rastlaşmadıqlarını bildirirlər. Sadə rus vətəndaşı imkansızlıqdan ən yaxşı halda 1 şüşə pivə alır və 1 paçka tumla aparıb evində günün keçirir.
İfadetv.com