Verilən məlumata görə Şəki-Qax magstral yolunun 18-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə iki nəfər Aşağı Göynük kənd sakinləri olan cavan oğlanlar həlak olmuşlar. Hadisə şahidlərinin verdikləri məlumatlardan aydın olur ki, hadisə fevralın 6-sı gecə 1 -20 də baş vermişdir. Hadisə zamanı Şəki rayonun Aşağı Göynük kənd sakini 1989 doğumlu, Daşqın Mustafayev, digəri sürücü Elvin VAZ 2107 markalı avtomobili sürətlə sürərək işıq dirəyinə cırpmış, nəticədə kəndin işıqları sönmüşdür. 30- 45 dəqiqə sonra Aşağı Gönük kəndinin elektrikləri gəlib həmin elektrik dirəyindəki (şalmandakı) nasazlığı aradan qaldırıblar. Sual olunur-həmin dirəyin dibində olan qəzaya uğramış avtomobili elektriklər niyə görmədilər??? Və ümumiyyətlə şosse yolun kənarında baş vermiş qəzanı səhərə qədər görən olmadımı??? Nyə həmin vaxt trasada xidmətdə olan yol patrul xidmətinin 3 avtomobilindən biri hadisəni görmədi ??? Hadisə yerinə qonşuluqda yaşayanlar həmin səsi eşidib niyə maraqlanmadılar ki, bu güclü səs nədir??? Və niyə həmin vaxta aid video görüntülər qeyd olunmadı , naməlum səbəblərdən silindi? . Guya işığın sönməsi ilə əlaqədar olub silinib fərziyəsi irəli sürülür. Amma bu bir bəhanədir. Axı kameralardan keçəndən sonra işıq dirəyinə dəyib sönüb??? Qaranlıqda olsa da ağ rəngli maşın gözə dəyərdi hələ nömrələrin fosforu qalsın bir yana. Bəli, sual doğuran məsələlər çoxdu.
Şahidlərin dediyinə görə hadisə yerinə gələn YPX əməkdaşları çatan kimi soruşublar ki obiri oğlan bəs hanı ? həmin oğlan zərbənin təsirindən 15 m uzağa düşüb. Təbii sual yaranır: Sən hardan bilirsən ay YPX əməkdaşı ki, maşında neçə nəfər olub? Cavab: Hadisə baş verən gecə bu maşını verilən məlumat( xəbərçi tərəfindən) əsasında YPX avtombillərindən 822 , 834, 836 biri təqib edib tutmaq istəyiblər.Və Qax tərəfdən Şəki istiqamətində təqibə başlayıblar. Və böyük ehtimalla sürücü və digər sərnişin sərxoş olublar ki, YPX təqibindən qurtarmaq üçün avtomobili yüksək sürətlə sürməyə məcbur olub və döngədə normal dönmə əməliyyatı edə bilməyiblər. Və təqib faciəilə sona yetmişdir.
Hadisənin baş verməsi və cinayət işinin qaldırlmaması barədə BDYPİ-dən redaksiyamızın sorğusu barədə məlumat verilmişdir ki, baş vermiş hadisəilə bağlı BDYPİ-nə məruzə edilməmişdir. Yəni, baş vermiş yol-nəqliyyat hadisəsi və iki nəfərin ölümünə səbəb olmuş qəza barəsində bu günə kimi DİN-nin BDYPİ-nin məlumatı yoxdur. Və çox qəribə də olsa, yerli Polis Şöbəsində bu günədək cinayət işi başlanamaışdır. O da məlum olmuşdur ki, qəzada həlak olmuş şəxslərin valideynləri çox kasıb və sadə vətəndaşlardır ki, onlar baş vermiş hadisənin səbəblərinin araşdırılması və hadisədə iştirak etmiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsini tələb edə bilməyiblər. Baş vermiş faciəvi hadisə ilə əlaqədar yerli sakinlərin narahatlığını və hadisənin əsl baş vermə səbəblərinin araşdırlması zəruriyyətini nəzərə alaraq İFADETV olaraq Daxili İşlər Nazirliyi və BDYPİ-si rəhbərliyinə müraciət edərək xahiş edirik ki, hadisənin baş vermə səbəbləri peşəkar müstəntiqlər tərəfindən yerində araşdırılaraq ictimaiyyətə düzgün məlumat verilsin.
Xatırladaq ki, DYP-nin 822 saylı YPX avtomobili 2018-ci ildə Şamaxı-Bakı avtomobil yolunda qəza törətdikdən sonra onun bütün təmir işləri Aşağı Göynük kəndində yaşayan xüsusi avtomobil sürücüləri tərəfindən öz aralarında pul yığılaraq təmir etdirmişlər.İFADETV-nin araşdırma qrupu