Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri – qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir.
Bu gün Azərbaycan dünyada demokratik və müstəqil mətbuata sahib ölkə kimi tanınır. Mətbuatın bütövlükdə dövlət qayğısı ilə əhatələnməsi sahəsində ortaya qoyduğu nümunə isə bütün dünya ölkələri üçün müsbət təcrübə sayılır. Media orqanlarına mütəmadi maddi yardımların edilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün müəyyən addımların atılması, hətta, qələm sahiblərinə dövlət tərəfindən mənzillərin verilməsi bir daha Azərbaycanın söz və mətbuat azadlığının qorunması sferasındakı dövlət iradəsini nümayiş etdirir.
Lakin çox təəssüflər olsun ki, bu gün Azərbaycanda bəzi mətbuat orqanları tərəfindən formalaşmış söz azadlığı və demokratik mühitdən sui-istifadə hallarına rast gəlinir. Onlar, xüsusilə də radikal müxalifətin nəzarətində olan qəzetlər və elektron resurslar Konstitusiya səviyyəsində müəyyənləşdirilmiş azadlıqları istismar edərək, insanları təhqir edir, şərəf və ləyaqətini alçaldır, eyni zamanda, şantaj edir. Əslində, demokratiya, mətbuat azadlığı təhqir və ya şantaj demək deyil. Söz azadlığı vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi və milli problemlərin aradan qaldırılmasına köməklik etməkdir.
Qeyd edək ki, hazırda vətəndaşların şantaj yolu ilə hədələnməsi yolu ilə törədilən cinayətlərə sosial şəbəkələrdə tez-tez rast gəlinir.
Son illər ərzində texnikanın inkişaf etməsi, pis niyyətli şəxslərə şantajla məşğul olmaq üçün daha əlverişli imkanlar yaratmışdır.
Məsələn , özünü gah blogger, gah iş adamı, gah “Postnews.az” agentliyinin işçisi kimi qələmə verən Cəmil Quliyevin videosuna baxaq. Qeyd edək ki, bu adda sayt yaxud portala rast gəlmədik. Ancaq “Youtube” məkanında 3 min izləyicisi olan kanal var.
Bir də Cəmil Quliyevin şəxsən özünə məxsus “İnstagram” akkuntu.
Paylaşımın birində O Cavid Zeynalova “Cavidik” deyə müraciət edir. Onu aşkar həbsə yollayacağı ilə hədələyir. Təkcə bu videonun özü ilə hüquqi məsuliyyət yaradır. Əgər bu adam özünü jurnalist sayırsa, bu formada, dəst-xəttə nə blogger, nə jurnalist olur.
Ən axmaq reket saytların belə bu ağılda jurnalist tapmaq olmaz.
Sonra diğər bir paylaşımda Cəmil Quliyev qeyd edir ki, 2008-ci ildən sahibkarlıqla məşğul olur. Guya VTB bankın məsul işçisi olan Cavid Zeynalov onun həbs sifarişini verib.
Guya bu sifariş sə Səbail rayon, 9-cu Polis Bölməsinin rəisi və rəis müavini tərəfindən icra olunub. Və o 10 gün inzibati həbs olunub. Özü də bunu guya İlqar Qafarov adslı polis işçisi həbs zamanı döyüb. Nədən ki, yenə də qeyd edirik-guya bu polis işçisi hansısa gecə klubundan sərxoş çıxanda həmən bu Cəmil Quliyev onu çəkib. Sosial şəbəkələrdə ictimailəşdirib. Məhz elə buna görə Qafarov yanıqlı imiş.
Axı, Cəmil Quliyev deyir ki, sahibkaram. Sahibkar gecə klubuna gedib gələni niyə çəkib sosiallaşdırmalıdı? Özü də bu çəkdiyi hər nədisə, orda heç nə sezilmir. Axı bu sübut deyil. Adi şantajdı.
Cəmil Quliyevin haqqında “ İnstagramda””Bakufakt” və “Nəbz” kimi on minlərlə izləyicisi olan səhifələr yazaraq onun reket olmasını vurğulayıblar. Cəmil Quliyev həmin bu səhifələri işlədənləri də təhqir edərək deyir ki, Vüqar Məlikovun “tulalarıdır”.
Düzü Vüqar Məlikov kimdi bilmirik, tanımırıq da.
Amma 9-cu Polis Bölməsinin rəisi İlqar Qafarovu şantaj edib, sonradan da videomüraciətdə Vilayət Eyvazovdan kömək istəməsi gülüncdür. Bu adamın elementar hüquqi savadı yoxdur. Axı sənin sonuncu müraciətin belə təhqirlə doludu və hüquqi məsuliyyət doğurur.
“Cavid Zeynalov, başın əziləcək, İlqar Qafarov, başın əziləcək”-bu cümlələr təhqir və hədə deyil nədir? Hələ ölkə başçısından və güc strukturlarından kömək tələb edir.
Bu videolar düşünürük ki, maddi sübutdur və məhkəmə predmetidir.
Dövlətin sahibkarını, dövlətin polisini təhqir etmək heç kimin başı üşün deyil.
Mövzuya qayıdacağıq.