İranın bu hərəkəti Rusiyanın hansı planınıhəyata keçirməyə imkan verəcək?
İran ordusu Azərbaycanla sərhədə artilleriya qurğuları və zirehli texnika daşıyır.
"Ölkə.Az"ın məlumatına görə, Qaraziyəddin yolu adlanan ərazidə çəkilmiş görüntülərdə çox sayda artilleriya qurğusunun qoşqu vasitəsilə daşındığı əksini tapıb. Həmçinin ərazidə cəmləşmiş çox sayda tank və digər zirehli texnikalar yük maşınları vasitəsilə Azərbaycanla sərhədə daşınır.
P.S. Bu hadisə bizə 28 aprel 1920-ciil ərəfəsini xatırladır. O vaxt isə Leninin göstərişilə Lalayan daşnak dəstəsi Qarabağda dinc əhaliyə qarşı aktiv hərəkətə keçmişdir. Azərbaycan məcbur olaraq yeni yaradılmış 40000 -lik Ordusunun 38 mini erməni canilərinə qarşı döyüşmək üçün Qarabağa göndərmişdir. Bakı və ətrafı isə demək olar ki, faktiki olaraq müdafiəsiz qalmışdır. Yaranmı vəziyyətdən süi-istifadə edən Şura höküməti 11-ci "Qızıl Ordu"su Bakını işğal etdi.
VİDEO BURADA:
https://t.me/AzadIranTelegram/2129
