Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanın ən qədim kəndlərindən biri hesab edilən Şəki rayonun Baş Göynük kəndi hazırda sel təhlükəsilə üz üzə qalmışdır. Belə ki, kənd coğrafi baxımdan şərqdən “Şin” çayı, qərbdən isə “Quru” çayın əhatəsində yerləşir. 10000 nəfər əhalisi, 20 min kv.km sahəsi olan Baş Göynük həm də Rusiya Federasiyasının sərhəd zonasında yerləşir.
1909-cu ilin iyulun 14-də, gecə saatlarında “Şin” çayına gələn güclü sel nəticəsində kəndin yarısının evlərini yerlə-yeksan etmiş, yüzlərlə insan itkin düşmüş, 300 nəfərə qədər sakin həlak olmuşdur. Azərbaycanda 3 ən dağıdıcı dağçayı kimi tanınan “Şin “ çay üzərində yalnız 2005-ci ildə körpü inşa edilmişdir. Son illər çay yatağının iri daş və çınqıl materialladolması nəticəsində çayın solsahilində yerləşən Baş Göynük, sağsahilində yerləşən Köndələn, Aşağı Göynük, İnçə, Aşağı Şabalıd, Aşağı Layısqı kəndləri sel təhlükəsi altında qalmaqdadır. Doğrudur, 5-8 il əvvəl AR –nın “ Meliorasiya və Su Təsərrüfatı “ Açıq Səhmdar Cəmiyyətin ayırdığı 16 milyon manat dövlət vəsaiti hesabına çayın sağ və sol sahillərində istinad divarları qurulmuş, sahilbərkitmə işləri görülmüşdür. Bəs görəsən, hazırda ayrılan külli-miqdarda dövlət vəsaitihesabına inşa edilmiş beton bəndlər yaxınlıqda yerləşən kəndləri dağıdıcı sel və daşqın təhlükəsindən nə dərəcədə qoruyur? Suala cavab tapmaq üçün yerli sakinlərlə etdiyimiz müzakirələrdən aydın olmuşdur ki, çay öz istiqamətinə “Pasteh” adlanan ərazidən kənd istiqamətində böyük yarğan açmışdır. Bu yarğanın aşağı hissəsindən başlanan və aşağı istiqamətdə uzanan beton bəndlərin də arxa tərəfindən yeni yarğan açılmışdır ki, çayın kənd istiqamətində inşa etdikləri beton bəndlər öz əhəmiyyətiniititməklə yanaşı, öz mövcudluğu ilə kəndə böyük təhlükə yaratmışdır. Belə ki, istənilən anda sel və ya daşqın başverəcəyi halda böyük su kütləsi arxa tərəfdən açdığı yarğandan gələrək bəndin arxa hissəsindən öz məcrasına qayıtmağa yer tapmayaraq elə bəndin arxa divarlarına çırpıldıqdan sonra kənd tərəfə istiqamət götürəcəkdir. Və böyük faciənin qaçılmaz olduğu reallaşa bilər. Körpüdən 1.5 -2 km aşağı hissədə sağsahildə görülən bənd işləri isə bu gün tam yarasız vəziyyətədüşmüşdür. Belə ki, 2 km uzunluğu olan istinad divarları daxilinə heç bir dəmir konstruksiyaları işlənmədiyi üçün bu beton piltələr çox yerdəortalıqdan çürük pendir kimi bölünmüş, özülləri üzdəolduqıarı üçün yan tərəfə əyilmişdir. Tikintidən cəmi 5-6 il sonra ciddi erroziyaya məruz qalan bu istehkam divarlarının daxilinə diqqət yetirdikdə açıq-aşkar görünür ki, beton bəndlərin daxilinə üyüdülmüş, doğranmış və yuyulmuş çınqıl əvəzinə,elə yerindəcə çay yatağından götürülərək irili-xırdalı lil basmış daşlardan istifadə edilərək beton bloklar düzəldilmişdir. Elə ona görədə hazırda hamısı tamyarasız vəziyyətə düşmüşdür. Bir sözlə, Şin çayı sahilində məskunlaşmış və 20000 əhalinin yaşadığı kəndlərin hamısı risq altına düşmüş, kəndlərin çoxu Yer üzündən silinmək təhlükəsilə üzləşmişdir.
Son dəfə 2021-ci ilin iyunun 7-də “Şin” çayına gələn yüngül sel zamanı da Baş Göynük sakinlərinin çay sahilindəyerləşən bağ sahələri su altında qalmışdır. Baş verən və verəcək təbii fəlakətlərin gələcəkdə çoxsaylı insane tələfatına səbəb olacağı qaçılmazdır. Və çox təəssüflər olsun ki, bu istiqamətdə heç bir qabaqlayıcı tədbirlər görülmür, əhali arasında maarifləndirici söhbətlər aparılmır. Çay kənarında 16milyon manat pul hesabına bəndbasma işləri görən firma və mmc-lər isə yalnız qaçılmaz fəlakət baş verəndən sonra yada düşəcəkdir. Çoxsaylı insane taleyinə biganəyanaşan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı “ ASC rəhbərliyinin və onlarla saxta tender təşkil edərək gizli sövdələşmələr nəticəsində milyonlarla pulu mənimsəyən tərəflərin fəaliyyətinin vaxtında araşdırlması bir zəruriyyətə çevrilmişdir. Hesab edirik ki, nə qədər ki, gec deyil, çay sahilində bəndvurma adıaltında saxtakarlıqlar törədərək yarıtmaz iş icra edən , sifarişçi və icraçı təşkilatların rəhbərlərinin layihə-smetaya uyğun gördükləri işlərin tikinti-texniki ekspertizası tərəfindən rəy verilməsi nəticəsində nə qədər maliyyə maxenasiyalarına yolvermələrini araşdırmalıvəhüquqi qiyməti verilməlidir. BİZDƏN DEMƏK.
P.S. ÜMİD EDİRİK Kİ, DÖVLƏTİNƏ VƏ MİLLƏTİNƏ XƏYANƏT EDƏN İQİTASDİ CİNAYƏTKAR ÜNSÜRLƏR FACƏİLƏR BAŞ VERƏNƏDƏK ÖZ LAYİQ OLDUQLARI CƏZALARI ALACAQLAR.
İFADETV.COM-un araşdırma qrupu