Bakı şəhəri, Nərimanov rayonunda yaşayan sürücü Həmidzadə Elnur Nasir oğlu tərəfindən respublikanın direktiv orqanlarına və bir nüsxəsi də İFADETV.com saytına ünvanlanmış şikayət ərizəsində
“372 N-li YPX-nin əməkdaşlarının standartlara uyğun olmayan saxta alkotester cihazından( Çin istehsalı) istifadə edərək sürücüləri şərləyərək qanunsuz protokol yazan dəstəsinin qanunsuz hərəkətlərindən" bəhs edilir. Şikayət zamanı sürücü sərxoşolmadığı halda Dövlət Yol Polis İdarəsi işçiləri tərəfindən ona qarşı edilmiş qanunpozuntusu hallarını xroniki ardıcılıqqla izah etməyə çalışmış və buna həkim məntəqəsindən əldə etdiyi rəsmi aktla da sübut etmişdir. İctimai əhəmiyyət kəsb edən bu müraciəti oxucuların nəzərinə çatdırırıq:
Çoxhörmətli Prezident! Nəzərinizə çatdırmaq istərdik ki, son vaxtlar Daxili İşlər Nazirliyinin YPX əməkdaşları tərəfindən sürücülərə qarşı heç bir standart və normalara cavab verməyən ( Çin istehsalı olan) saxta cihazlardan istifadə etməklə qanunsuz protokol yazmaları və ya bunun yazılmaması üçün alver etmələri barədə çox eşitmiş, amma inanmamışdıq. Lakin 19 oktyabr 2021-ci il, gecə saat 00-15 dəqiqədə dostum Fuad məxsus 90 LT 938 N-li “Hundai A-30” markalı avtomobili Xətai rayonu, Afyəddin Cəlilov küçəsindən “Cavanşir” körpüsü istiqamətində idarə edərkən, “Meqafan” –la üzbəüz yerdə 372 N-li YPX avtomobilinin əməkdaşları Rəşad və Samir adlı polis çavuşları saxlamış, əvvəlcə sürətli idarə etdiyimzi bizə bildirmiş, etriaz etdikdə isə mənə sərxoş olub olmamağımı yoxlamağı təklif etdilər. Etiraz etmədim. Onlar mənə adi bir alışqana bənzər “kitayski” aparata üfürməyi dedilər. Üfürmə zamanı guya məndə 10 mp ml. Spirtli içki olmağım “sübuta” yetirildi. Mən etiraz etdim ki, siz nə danışırsınız? Normal aparat gətirin və ya məni həkim məntəqəsinə aparın görüm sizin nəticəni təsdiq edirmi? Onlar özlərini təqdim etməyən sonradan adlarını öyrəndiyim Samir və Rəşad adlı YPX çavuşları avtomobildən bu dəfə digər normal alkotest metal-aparatı gətirdilər ki, buna üfürün və məni 5 dəfə təkrar təkrar üfürməyə məcbur etdilər. Lakin hər dəfə aparat heçnə göstərmədi. YPX əməkdaşları mənim üstümə qışqırdılar ki, sən düzgün üfürmürsən, yoxsa aparat göstərər və s. çərənləmələr etdilər. Bu arada protokol yazmağı ameranın altıdırtəklif etdilər ki, bəs kameranın altıdır, biz nəsə bu işi sənədləşdirməliyik. Protokol yazdılar, mən etiraz edib imzalamadım. Bunlar əvvəlcə mənə təklif etdilər ki, gəl sən 700 manat ver çıx get bu iş burada bitsin. Razılaşmadım ki, nəyə görə sizə yolun ortasında cərimə pulu ödəməliyəm. Dərhal o biri əməkdaş mənə xəbərdarlıq etmədən avtomobili “Ağ şəhər” yaxınlığındakı cəriməmeydançasına apardı. YPX əməkdaşlarının mənimlə belə açıq-aşkar “alver etmə” cəhdlərindən dərhal başa düşdüm ki, bunlar üzırilərində olan xidməti mikrofonu qanunsuz olaraq söndürüb mənimlə rahat şantaj yoluilə cərimə adı altında pul tələb edirlər.Sonda onlar mənə heç bir sənəd vermədən bildirdilər ki, sənədləri məhkəməyə göndərəcəyik. Onarın bu hərəkəti və sürücülərə yanaşması qanunsuzdur və barələrində tədbir görülməlidir. Mən avtomobildə olan dostum Fuadla birlikdə hadisədən 1-2 saat ərzində Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 38-də yerləşən Səhiyyə Nazirliyinin Sərxoşluq vəziyyətinin tibbi müayinə məntəqəsinə gəlib testdən keçdim. Nəticə yenə də “0” pml göstərdi. Tərtib edilmiş 2/ 30100 n-li aktı alıb gəldim ki, şikayət verim.sənəddə mənim həmin axşam saat 22-23-00 arası içib-işməməyimlə bağlı nəticə qeyd edilmişdir. Bu barədə DİN-nin 102 xidmətinə YPX əməkdaşlarının özbaşnalıqlarından 2 dəfə şikayət vermişəm. YPX işçiləri mənə heç bir sənəd və ya protokol verməmişdilər. Səhəri gün Bakı şəhər Yol İdarəsinə gəlib 14-cü otaqda polis mayoru Xəlillə görüşdüm. O da sürücülük vəsiqəmi alıb talon verdi ki, avtomobili cərimə meydançasından çıxara bilək. Hadisədən 2 sutka sonra isə mənə mesaj gəldi ki, siz İnzibati Xətaya görə 333.1 maddəsinə görə 400 manat cərimə olunursunuz. Və o da məlum oldu ki, Rəşad və Samir adlı YPX işçiləri protokol tərtib edərkən guya məni gecə hadisədən əvvəl saxladıqlarını qeyd etmişlər. Deməli, bu o deməkdir ki, bu YPX işçilərinin növbə vaxtı gecə saat 23-də bitdiyi üçün məni şərləyərək məcbur yazdıqları İPX 4262252 N-li protokolun tərtib edilmə vaxtını da qəsdən 2 saat əvvəl göstəriblər. Yəni, 3 ekipaj üzvü xidməti vaxtı bitdiyindən evlərinə getmək əvəzinə A.Cəlilov küçəsində yalançı xidmətlərini üstlərində olan mikrofonları söndürdükdən sonra rahat formada sürücüləri şantaj edərək pul qoparma məqsədilə əlavə olaraq xidmətlərini qanunsuz davam etdiriblər ki, evdə acından ağır vəziyyətdə olan ailə üzvlərinə çörək apara bilsinlər.
Mən də bir Azərbaycan vətəndaşı olaraq qanunsuz fəaliyət göstərərək məni saxta cihazla şantaj edən 372 N-li YPX avtomobili əməkdaşlarının qanunsuz tərtib etdikləri İXP 4262252 n-li protokolun ləğv edilməsi üçün aidiyyatı üzrə DİN- rəhbərliyinə və məhkəməyə müraciət edəcəyəm.
Çoxhörmətli, cənab Prezident Sizdən çox xahiş edirəm ki, müharibədən sonrakı həsass bir dönəmdə yaşadığımız indiki iqtisadi çətin bir vaxtda məni kimi sadə vətəndaşları qanusuz üsullarla şərləyən belə polis əməkdaşları barəsində araşdırılma aparılması və əməllərinə hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə göstərişverəsiniz. Sağ olun.
BƏS QANUNVERİCİLİK NƏ DEYİR?
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı isə Yeniavaz.com-a açıqlamasında bildirdi ki, yol polisi istənilən şübhəli halda alkotesterlə sürücünün spirtli içki qəbul edib-etməməsini yoxlaya bilər:
"Əgər həmin yoxlamada 0,3 promildən yuxarı spirtli içki çıxar və sürücü də buna etiraz etməzsə, ona yerində protokol tərtib edilə bilər. Ancaq, sürücü alkotesterin nəticəsinə şübhə edirsə, və sərxoş olmadığından əmindirsə həkim müayinəsi tələb etməlidir. Bu vaxt yol polisi sürücünü həkim müayinəsinə aparır və qan analizi götürülür. Əgər hər iki nəticə üst-üstə düşürsə protokol tərtib olunur. Əgər üst-üstə düşmürsə həkimin yazdığı rəy əsas götürülür".
https://www.yeniavaz.com/az/news/131046/bu-hallarda-alkotester-surucunu-serxos-gosterse-bele-cerime-tetbiq-edile-bilmez-ozel
P.S. Şikayətdən göründüyü kimi sürücü YPX işçilərindən həkim məntəqəsinə getməyi tələb etsədə buna əhəmiyyət verilməmişdir. Deməli nəticə çıxır ki, 372 saylı YPX avtomobili əməkdaşları tərəfindən vətəndaş E.Həmidzadəyə qarşı qanunazidd hərəkət edilmişdir. Hesab edirik ki, belə polis çavuşlarının qanunsuz hərəkətləri vətəndaşların dövlətə qarşı nifrət bəsləməsinə hesablanmışdır və belə əməkdaşların DİO orqanlarında xidmətlərini davam etdirməsi yolverilməzdir
İFADETV,COM