İmişli şəhəri, 28 May küçəsində məskunlaşan məcburi köçkün olan oxucumuz Abbasov Sehran Baloğlan oğlu səbəbsiz olaraq onların ailəsinə ayrılmış dövlət müavinətindən məhrum edilmələri barədə İfadetv.com saytına müraciət etmişdir.
Müraciətdə bildirilir: “Hörmətli, İfadə xanım! Yazıb sizə bildiriəm ki, 27 ildir ki, məcburi köçkün şəraitində yaşayırıq. Bu müddət ərzində məcburi köçkünlər üçün ayrılmış müavinətdən yararlanmışıq. Ancaq son 2 ildir ki, bəzi səbəblərə görə məcburi köçkünlərə ayrılmış dövlət müavinətindən məhrum edilmişik. Səbəb kimi isə adıma mənzil olduğu göstərilir. Lakin sözügedən mənzil 2010-cu ildə satılmış və mənim adıma hal-hazırda heç bir mülk və daşınmaz əmlak yoxdur. Sizdən xahiş edirəm ki, yüksək mərhəmətinizlə məndən köməkliyinizi əsirgəməyəsiniz. “
İfadetv.com saytının araşdırma qrupu təqdim edilmiş ərizə və əlavə edilmiş sənədləri araşdırdıqdan sonra yazılanların həqiqət olduğu bird aha təsdiqini tapmışdır. Belə ki, Daşınmaz Əmlak Məslələri Dövlət Komitəsinin yanınada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 6 saylı Əraz idarəsi rəisi cənab Qasım Əliyevin təsdiq etdiyi Arayışda bildirilir ki, Abbasov sehran baloğlan oğlun
daşınmaz əmlakın dövlət reyestrində, kçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş electron məlumat bazasında məlumat yoxdur.
Digər sənəd olan İmişli Mənzil istehsalat təmir istismar sahəsinin rəisi cənab F.Qarayevin İmişli rayon “Qaçqınkom”una ünvanladığı və imzaladığı 0.08.207-ci il tarixli məktubda qeyd edilir ki, MİTİS-nin balansında olan binalarda Abbasov Sehran baloğlan oğlunun adına mənzil yoxdur. Digər sənəd olan İmişli şəhər 2 saylı dövlət notariat kontorunun notariusu R.Zaidovun 15 sentyabr 2010-cu il tarixində təsdiq etdiyi Alqı-satqı müqaviləsindən görünür ki, Abbasov S.B. İmişli şəhəri, M.Əzizbəyov küç.. ev 81, mən, 34 ünvanda yerləşən ümumi sahəsi 67 kv.m olan yaşayış evini Cəfərov Cavid Xudayar oğluna satmışdır.
Ailə tərkibi haqqında arayışdan məlum olur ki, hazırda S. Abbasovun 4 nəfərdən ibarət ailəsi vardır və işsizdirlər.
İfadetv.com saytı olaraq təqdim edilmiş sənədlərə əsasən hesab edirik ki, şikayətçi haqlıdır və ona dövlət tərəfindən ayrılmış müavinətin dayandırılmasının heç bir əsası yoxdur. Ümid edirk ki, AR Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində məsələ məslə bird aha araşdırılacaq və ailəyə verilən dövlət müavinəti bərpa olunacaqdır.
İfadetv.com saytının araşdırma qrupu