Türkiyə istehsalı olan, lazerlə işləyən pilotsuz uçuş aparatı "Eren" dünyada ilk dəfə 500, 300 və 100 metr məsafələrə uğurla atəş açıb.
“Report”un məlumatına görə, bu barədə “Anadolu” xəbər verir.
Qeyd olunur ki, pilotsuz təyyarə sınaqların bütün mərhələləri başa çatdıqdan sonra Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına veriləcək.
TÜBİTAK və “Asisguard” müdafiə şirkətləri tərəfindən hazırlanan “Eren” pilotsuz uçuş aparatı lazer silahlarından istifadə edərək partlayıcı elementləri uzaqdan zərərsizləşdirmək qabiliyyətinə malikdir. “Eren”in maksimum uçuş hündürlüyü 3 000 metrdir.
P.S. Xatırlatmaq yerinə düşərdi ki, qardaş Türkiyə və digər Avropa ölkələrində hərbi mühəndislər kimi ixtisas almış azərbaycanlı məzunlarımız Azərbaycanda iş tapa mədikləri üçün yenidən Türkiyəyə qayıdaraq burada hərbi sənaye şirkətlərində işə düzəlmişvə dünyanı heyrətləndirən yeni növ silahların yaradılmasında yaxından iştirak edirlər.
