İmisli rayonunda 14 yaşlı qızın nişanlanması ilə bağlı yayılan məlumatla bağlı AzTines.az-ın sorğusuna cavab olaraq Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib:
“Hadisə ilə bağlı Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət komitəsi dərhal İmişli rayon icra hakimiyyəti nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya,eyni zamanda İmişli rayon hüquq mühafizə orqanlarını məlumatlandırdı.Komitənin uşaq şöbəsinin əməkdaşları ailə ilə əlaqə saxladılar. Hər iki tərəfin valideynləri İmişli RPŞ-nə dəvət olundular. Hər iki tərəfin valideynləri bildirib ki, onların da bu izdivaca raziliqlari olmayıb,nədənsə bu yola gediblər. Valideynlər kiçik nişan məclisinin olduğunu,toyun isə 16 yanvar tarixinə planlaşdırıldığını etiraf ediblər. Hadisənin qarşısı qurumların və mətbuatın dəstəyi ilə alındı, ailə söz verdi ki, bu hal təkrarlanmayacaq.Valideynlərə xəbərdarlıq edilərək bildirildi ki, azyaşlının 18 yaşı tamam olanadək belə hala cəhd olunarsa onlar qanun qarşısında cavab verəcəklər.
Biz Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq dəfələrlə valideynlərə azyaşlı övladlarınızı ərə vermək əvəzinə onlara təhsil verməyi qarşınıza məqsəd qoyun deyə çağırış etmişik. Bu işdə bizə daim dəstək olan media mənsublarına da öz dərin təşəkkürümü bildirirəm ki, belə məsələlər barədə bizimlə sıx əməkdaşlıq edirlər. Komitə hadisəyə anında reaksiya verir və həllini reallaşdırır.”
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov:
Faktla bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb.
Azyaşlının valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb.
Həmçinin azyaşlı qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq.