SOCAR işçisi olmuş Şahin Ağaliyevin İfadetv.com saytına verdiyi məlumata əsasən bir neçə gün əvvəl Xətai rayonun Babək prospektində, “Neft Emalı” Zavodunun yanacaq rezervuarları ilə “Arzu” şadlıq evi arasında olan, digər tərəfi NZS qəsəbəsindən İlham Məmmədov küçəsinin kəsişməsindəki 0,38 ha ərazidə yerləşən yüksək gərcinlikli iki nəhəng dəmir konstruksiyalı elektrik dirəklərinin yeri dəyişilmiş, həmin torpaq sahəsini isə eləcə də Şahinə məxsus olan və kənarları hasarlanmış 0,04 ha ərazi dağıdılmış və mənimsənilmişdir.
Şahin ona məxsus olduğunu bildirən 4 sot torpaq sahəsinin Yusif adlı şəxs tərəfindən zəbt olunduğunu və SOCAR –ın sabiq Neft Kəmərləri rəisi olmuş Zöhrabdan aldığını bildirmişdir. Yusif ona bildirmişdir ki, biz Zöhraba milyonlarla pul verib bu ərazini almışıq. Get Zöhrabla haq-hesabını çək!. Şahin etizanı bildirmiş və özünə yaxın adamalarla mübahisənin halallıqla yekunlaşmasını istəmişdir. Ərazidə aparılan müzakirə zamanı torpaq sahəsini alan və ortalıqda olan əsas fiqur hesab edilən Yusif makler İlqarla Şahinin doğma dayıları olan Asəfə, Alova və dostu 1-ci qrup Qarabağ Müharibəsi əlili Daşdəmirin yanında etiraf etmişdir ki, bəli, bu torpağa görə biz Zöhraba çox ağır pul vermişik. Bu sahədə olan dəmir konstruksiyalı elektrik dirəklərinin yerinin dəyişilməsi üçünsə hər birinə 250000 manat pul vermişik. ( ikisinə 500 min manat) Onu da bilin ki, bu torpağa görə pulları xərcləyənlər generallar və icra başçısıdır. Ona görə də yaxşısı budur ki, sən burada torpaq mübahisəsi eləmə!, Yoxsa səni atacaqlar içəri. Bildinmi?”
Əgər mən bir SOCAR işçisi kimi bu torpaqdan qonşuluqda olan başqaları kimi 20 ildir ki, ev tikmək üçün istifadə edə bilmirdimsə, onda bu kənar şəxslər ( Yusif, İlqar və onun arxasında duran generallar) necə olur ki, SOCAR ın sənaye kateqoriyalı ərazisinə milyonlar verib sənəd ala bilirlər, elektrik dirəklərini özbaşına yarım milyon rüşvət verib yerini dəyişdirirlər, torpağı hasarlayıb ildırımsürətilə hansısa obyektin tikintisinə başlayırlar? Doğrudanmı ölkədə bu dərəcədə dərəbəylik baş alıb gedir. Xatırladım ki, Babək prospektinin həmin ərazisində 1 sot torpağın qiyməti 100000 manatdır. Onu da xatırlatmaq yerinə düşərdi ki, torpağı adı hələlik bizə məlum olmayan generallara satan SOCAR Neft Kəmərləri İdarəsinin rəisi olmuş Zöhrab bir neçə il əvvəl Xətai rayon İcra Hakimiyyəti başçısısnın 1-ci müavini, əslən Gürcüstandan olan Zaməddin müəllimə qarşı fiziki kobudluq etdiyinə görə şəxsən SOCAR vitse-prezidenti Mikayıl İsmayılov tərəfindən işdən qovulmuşdur. İndi necə olur ki, həmin Zöhrab mənə məxsus olan torpaq sahəsilə birlikdə “Neft Emalı” zavodunun torpağını dədəsinin malı kimi satır?Kim verib işdən qovulan bu adama makler səlahiyyətini? Mən məsələnin aidiyyatı orqanlar tərəfindən dərhal araşdırılmasını və baş verən və verməkdə davam edən özbaşnalıqların dərahal dayandırlmasını və abadlaşdırdığım, bağ sahəsi kimi saxladığım ərazinin əvvəlki kimi mənə qaytarılmasını istəyirəm.
P.S SOCAR işçisi olmuş Ş.Ağaliyevin verdiyi məlumatlar, təqdim etdiyi sənəd və fotolar əsasında apardığımız araşdırmalr nəticəsində məlum olmuşdur ki, həqiqətən də hazırda mübahisələndirilən ərazidə elektrik dirəklərinin yeri dəyişilmiş və ərazinin kənarı hasarlandıqdan sonra tikinti-quraşdırma işləri davam etməkdədir. Biz belə bir halla vaxtilə Nizami rayonu ərazisində yerləşən “NEOLİT” restoranı ətrafında da 2004-cü ildə yüksək gərçinlikli elektrik xəttinin yerinin dəyişilməsi üçün rəhbərliyin “Azərenerji” şefi E.Priverdiyevə 50000 dolların verildiyini bilirdik. Bəli, Şahinin verdiyi açıqlamadan da aydın olur ki, indi belə yüksək gərcinlikli eletrik dirəklərinin yerinin dəyişilməsi qiyməti son 15 ildə azı 10 dəfə artmışdır. Qaldı qalan əsas məsələlərə ki, hələlik hansısa adını dəqiqləşdirə bilmədiyimiz generalın Bakının mərkəzində dövlətdən aldığı 1450 manat maaşla qanunsuz əldə etdiyi 4 milyon dəyərində olan və hazırda SOCARın balansındakı əmlakı almağıilə bağlı onu deyə bilərik ki, yaxşı olardı ki, hörmətli generalımız getsin Qarabağda 4 kv m ərazini düşməndən azad etsin, sonra gəlib paytaxdakı yerləri ələ keçirsin. Elə deyilmi, cənablar!
Hesab edirik ki, qaldırılan məsələ dövlət və ictimai əhəmiyyət kəsb etdiyinə görə dövlət başçısına məruzə olunacaq və DİN, Prokurorluq və DTX tərəfindən dövlətin strateji obyekt ərazisini saxtakarlıqla ələ keçirmiş dəstə üzvlərinin tezliklə müəyyənləşdilərək üzə çıxmasına, onlara saxta sənəd vermiş dövlət idarələrinin məsul şəxslərinin məsuliyyətə cəlb olunması məsələsi tezliklə həllini tapacaqdır. Bizi izləyin.
İfadetv.com