DÖVLƏT BÜDCƏSİNİ YA BELƏ DAĞITMAZLAR, YA DA BELƏ MALALAMAZLAR, ZAKİR MÜƏLLİM!
İFADETV.COM İnformasiya Agentliyinin araşdırma qrupu tərəfindən Şəki rayonun Şinçay çayının sağ və sol sahillərində 2011-2013-cü illərdə inşa edilmiş istinad divarlarının tam yararsız vəziyyətə düşməsilə əlaqədar təcili qabaqlayıcı tədbirlərin görülməsi zəruriliyi və ətraf ərazilərdəki kəndlərdə yaşayan 20.000-ə yaxın sakinlərin təhlükəsizliklərinin təmin olunması barədə yuxarı direktiv orqan rəhbərlərinə etdiyimiz 26 oktyabr və 13 noyabr 2021-ci il tarixli müraciətlərimizə ASC sədr müavini cənab Zakir Quliyev tərəfindən 30 dekabr, 2021-ci il tarixli, 11/15-1141 saylı formal cavab məktubu bizi çox məyus etmişdir. Belə ki, ömrünü meliorasiya işlərinə həsr etmiş peşəkar Z.Quliyev bildirir:
“ ...ASC-nin göstərişi əsasında onun mütəxəssisləri tərəfindən yerində araşdırmış,sel təhlükəli ərazilərə və qəzalı vəziyyətə düşmüş mövcud bəndlərə baxış keçirilmişdir. Məlum olmuşdur ki, yağan intensiv yağışlarla əlaqədar çaylarda suyun artması ilə əlaqədar suların gətirdiyi bərk suxurlar tərəfindən yan sahilyönlü yuma və dib yuyulması prosesləri güclənərək bəndlərin dayanıqlıq vəziyyətinə mənfi təsir etmişdir.Müəyyən edilmişdir ki, Şinçay çayında 2595 p\m uzunluğunda mühafizə bəndi tikilmişdir.
Qəzalı vəziyyətə düşən daş-beton bəndlərin tikinti işlərini yerinə yetirərkən tələb olunan norma və qaydalara uyğun olmamasıilə əlaqədar bildirilir ki, götürülümüş beton, qırmadaş və qum nümunələri sınaq nəticələri FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin İnstitutu tərəfindən inşaat materiallarının texniki xassələrinə görə mövcud standart tələblərinə uyğun olduğu təsdiqlənmişdir. Şinçay çayının 2100 p\m və 4500 p\m yeni beton mühafizə divarları layihəsi və tikintisi məqsədəuyğun hesab olunmuşdur.”
Bu arada kiçik haşiyəyə çıxmaq istərdik: Özəl mənbələrdən verilən məlumata görə oktyabrın 26-da ünvanladığımız məktubla bağlı Azərbaycan Meliorasiya və Su” ASC-də cənab sədrin tələbilə araşdırma başlarkən Z.Quliyevin Xosrov adlı məsul işçisi ("xüsusi agenti"adlansa daha düzgün olardı redaktor müavini) əvvəlcə bizim kimliyimizi, qohum- əqrəbalarımızı, sosial vəziyyətimizi, hansı trayektoriya üzrə hərəkət etməyimizi araşdırmağa başlamışlar. Bu yerdə xatırlamaq istəyirəm ki, Ramiz Mehdiyev də qılıncının dalı da qabağı da kəsən 2009-cu ildə və 2018-ci ildə iki dəfə MTN və Korrupsiyaya qarşı Mübarizə İdarəsi vasitəsilə fəaliyyətimizi tam yoxlatdırmışdır.
Bəli, cənab sədr müavini bildirir ki, “intensiv yağışlarla əlaqədar çayda suyun artması ilə əlaqədar sahilboyu yuma və dib yuyulması prosesləri güclənərək bəndlərin dayanıqlıq vəziyyətinə mnənfi təsir göstərmişdir.” Bəs niyə Qax rayonun Gümrük çayının və ya Qəbələdə Dəmiraparan çayın sahilboyu bəndlərindən sözügedən yağış suları 1 kv. Sm hissəciyi belə qoparmamışdır? Sonra da qeyd edir ki, bəndlərdən götürülüşmüş beton, qırmadaş və qum nümunələri mövcud standartlara cavab verirmiş. Yaxşı, betonun keyfiyyəti normalara uyğundursa niyə 7 ildən sonra tam dağılıb tökülmüşdür?. Amma çay sahilində yerləşən kəndin sakinlərinin 50-60 il əvvəl həmin çay daşlarından tikdikləri, eni 50 sm olan bütün hasarlar öz orjinal vəziyyətini indi də qorumaqdadır. Deməli, nəticəyə gəlirik ki, ASC-nin bəndlər üzrə mütəxəssisi hesab olunan hörmətli sədr müavini cənab Z.Quliyevin bizə yazdığı formal cavab məktubunun heç bir real əsası yoxdur. Baş prokurorluğun idarə rəisi cənab Yadigar Aslanlıya və İfadetv.com-a ünvanlanan bu məktubun motivi ondan ibarətdir ki, 15 il müavini və bir sıra işlərdə şəriki olduğu cənab Əhməd Əhmədzadənin öz ata yurdu hesab edilən Baş Göynük kəndinə olan etinasızlığının, məsuliyyətsizliyinin və irimiqyaslı maliyyə maxenasiyalarının ört-basdır edilməsinə hesablanmışdır. Başqa heçnə. Amma Z.Quliyev onu da unudur ki, minlərlə insan həyatını taleyin hökmünə buraxmaqla qazanılan milyonlar Əhmədzadənin hazırda Londnda yaşayan oğlu Cümə Əhmədzadəyə ötürülsə də, bu milyonların da sonluğu deputat Cavanşir Feyziyev kimi İngiltərə Məhkəməsinin ədalətli qərarı ilə bir gün müsadirə ediləcəkdir. Bəli, hələ tarixdə rast gəlinməyib ki, başqalarının faciəsi üzərində yığılmış var-dövlət sonda kiməsə xoşbəxtlik gətirsin.
Biz media orqanı olaraq cənab prezident İlham Əliyevin göstərişləri əsasında bu araşdırmaları faktlar üzrə direktiv orqanlara təqdim etməklə peşə borcumuzu yerinə yetirmişik. Sonda nəticəyə gəlirik ki, cənab Zakir Quliyev 15 il şefi və ortağı olmuş Əhmədzadənin törətdiyi cinayət faktlarını ört basdır etməyə cəhd göstərməklə, yəni baş vermiş cinayəti bilə bilə gizlətməklə dövlətə və Vətənə birbaşa xəyanət etmişdir. Ümidvarıq ki, Baş Prokurorluğun idarə rəisi cənab Yadigar Aslanlı da gəldiyimiz nəticələrin yerində bizim iştirakımızla təkrar yoxlanmasına göstəriş verəcək və sonda baş vermiş cinayət faktları üzrə məsələyə hüquqi qiymət veriləcəkdir.
Hazırda növbəti araşdırmamız Əriçay dəryaçası istiqamətindən Qax rayonuna qədər olan torpaq sahələrində 1986-cı ildə qrunt sularına qarşı tədbirlər olaraq basdırılımış cəmi 520 km uzunluqda olan, 300 mm diametrli, 5 m uzunluqlu əlvan metaldan və 4 m uzunluqlu, 500 mm diametrli azbest materialdan hazırlanmış və Şəki Suvarma Kanalları İdarəsinin balansında olan boruların gecədən sübhədək idarənin texnikaları vasitəsilə qanunsuz çıxarılaraq bazarlarda satılmasından əldə olunan milyonların taleyi barədə ASC-yə informasiya sorğusu verməyi planlaşdırırıq.Və güman edirik ki, bu dəfəki sorğumuza saymazyana və fərziyələrlə cavab verilməyəcəkdir. Doğrudanmı, dövlət əmlakını acımadan bu formada talamaq və oğurlamaq olar?