Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 2004-2008-ci illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında hər bir regionda sosial – iqtisadi inkişafın mərhələli strategiyası göstərilmişdir. Şəki rayonun torpaqların suvarılmasıilə bağlı isə Meliorasiya-irriqasiya sistemləri və qurğularının yenidən qurulması və inkişafı, suvarma-drenaj infrastrukturunun bərpası və tamamlanması, suvarma paylayıcı sistemi və onun idarə edilməsi layihələrinin dövlət tərəfindən dəstəklənməsi və maliyyələşdirilməsi Regionların su təminatının yaxşılaşdırılması, suvarılan torpaqların meliorativ vəziyyətinin sağlamlaşdırılması, əhalinin və xalq təsərrüfatı obyektlərinin sel və daşqın sularından qorunması, yeni iş yerlərinin açılması 2004-2007-ci illərdə «Əyriçay» su dəryaçasının istismara verilməsinin və Əlican çayından 14 km uzunluğunda kanalın çəkilməsinin dəstəklənməsi 6349 ha torpaq sahəsinin suvarılması və 2570 ha yeni suvarılan torpaqların istifadəyə verilməsi nəzərdə tutulurdu. Bəs görəsən 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı məhz bu epizod üzrə aidiyyatı dövlət orqanları qarşısında qoyulmuş vəzifələr necə icra edilmişdir? Apardığımız araşdırmalardan məlum olmuşdur ki, qəbul edilmiş Dövlət Proqramı bu istiqamətdə demək olar ki, icra edilməmiş və ya formal icrası həyata keçirilmişdir. Və çox təəssüfləndirici hal bundan ibarətdir ki, proqramın həyata keçirilməsi elə dövlət əmlaklarının və vəsaitlərinin dağıdıcılıqla, talançılıqla həyata keçirilməsi ilə baş vermişdir. Yəni, dövlət Proqramının əksinə olaraq “Əyriçay” su dəryaçasından Qax rayonu istiqamətində çoxsaylıbataqlıqların qurudulması və əhalinin istifadə etdikləri min hektarlarla qara torpaq sahələrinin münbitləşdirilməsi üçün 1987-ci ildə salınmış, eni 7 km, uzunluğu 24 km olan bir düzbucaqlı sahə daxilində torpaq altında üfüqi və şaquli xətt üzrə, aralarındakı məsafə 70 m olmaqla düzülmüş , diametri 300mm, uzunluğu isə 5 m olan əlvan metaldan hazırlanmış boruların və eləcə də diametri 500 mm, uzunluğu 4 m olan azbest materiadlan hazırlanmış boruların demək olar ki, hamısının (cəmi 520 km uzunluğunda olan) Meliorasiya və Su Təsəsrrüfatı” ASC-nin Şəki Suvarma Kanalları İdarəsinin texnikaları ilə gecələr çıxarılaraq qara bazarlarda qanunsuz satışı təşkil edilmişdir. Nəticədə, silinmə aktı belə tərtib edilməsi mümkün olmayan dövlət əmlakları yerli əhalinin gözləri qarşısında oğurlanraraq talan edilmiş, nəticədə dövlət büedcəsinə yüz milyonlarla manat ziyan dəymişdir. Məsələ barəsində yerli sakinlər dəfələrlə 2016-2018-ci illərdə kollektiv surətdə yuxarı orqanlara baş vermiş cinayətlərlə bağlı müraciətlər etsələr də, güclü himayələri olan mütəşəkkil dəstə tərəfindən ört-basdır edilmişdir. Məsələn, 2017-ci ilin sentyabr aylarında Şəki rayonun “Ocaq Palıddar” adlanan yaşayış massivində yaşayan 90 ailənin təsərrüfatlarının suvarılması üçün istifadə etdikləri 4000 m uzunluğu olan azbest boruların idarənin xüsusi texnikaları vasitələrlə sökülərək Şəkiyə daşınmasına etiraz etmişlər. O zaman polis mayoru Rahib Uğurluyev adlı birisi vətəndaş Əsgər Əsgərovu şəxsi avtomobilində Şəki şəhərinə apararaq B.Vahabzadə küçəsinin sağ və sol hissələrinə suötürücü kimi istifadə edilmiş həmin iki hissəyə kəsilmiş boruları təqdim etmiş və izah etməyə çalışmışdır ki, bu borular Şəkinin inkişafı üçün sərf edilmişdir. Bu gün isə bizə məlum olmuşdur ki, “Meliorasiya və Su Təsəsrrüfatı” ASC-yə məxsus olan boruların tikinti materialı kimi Şəki şəhərinə daşınaraq tikinti-təmir işlərinə sərf edilməsi və dövlət büdcəsinin pul silinməsi qanunsuz hal kimi dəyərləndirilməli və hüquqi qiymətini almalıdır. Və bir il əvvəl isə həmin yarıkəsilmiş borular B.Vahabzadə küçəsinin hər yerindən yenidən çıxarılaraq naməlum dəstə tərəfindən bazarda satılmış və suötürücülər isə yenidən dövlət büdcəsi hesabına 2-ci dəfə inşa etdirilmişdir. Yəni, əvvəl də bu təmir –tikinti zamanı külli-miqdarda ziyana düşən dövlət büdcəsi, qazanan isə mütəşəkkil cinayətkar dəstədir. “Meliorasiya və Su Təsərrüfatı”ASC-nin balansında olmuş və 10 min ha ərazilərdən sökülərək qanunsuz çıxarılmış drenaj su borularının sahələrdə olmaması artıq öz mənfi fəsadlarını göstərməkdədir. Artıq çox hissəsi əhaliyə pay torpağı kimi verilmiş bu ərazilərin bəzi yerləri yenidən sucuq və bataqlığa çevrilməkdədir. Bir neçə ildən sonra oğurlanmış və talan edilmiş su borularının olduğu yerlər tamamilə əkinəyararsız yerlərə çevriləcəkdir. Bu proqnzu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyi əvvəlcədən görməli idi. Bu gün isə nəticəyə gəlirik ki, Prezidentinin 11 fevral 2004-cü il tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 2004-2008-ci illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı Şəki-Qax zonasında iqtisadi sabotajlar və xəyanətlər nəticəsində yerinə yetirilməmişdir. Hesab edirik ki, yüz milyonlarla dəyəri olan dövlət əmlaklarının qanunsuz olaraq çıxarılaraq bazarlarda satılması faktına görə “Meliorasiya və Su Təsərrüfatı”ASC-nin aidiyyatı üzrə məsul şəxslərinin hamısının əməllərinə tezliklə hüquqi qiymət verilməlidir. Onların dövlətə və əhalinin torpaqlarına vurduqları ziyanların məbləği araşdırılmalı və ödənilməsi üçün mütəşəkkil dəstə üzvləri tərəfindən əsassız varlanma ilə əldə etdikləri bütün sərvətləri müsadirə olunmalıdır. Bu talanın bir adı vardır – Dövlətə və Vətənə xəyanət. Ümidvarıq ki, dövlət və ictimi əhəmiyyətli araşdırmalarımız bizim iştirakımızla yerində araşdırılacaq və tezliklə öz hüquqi qiymətini alacaqdır.
http://xalqxeber.az/bolge/13460-shekide-meliorasiya-ve-su-tesesrrufati-asc-ye-mexsus-kulli-miqdarda-emlaklar-talan-edilir.html
əlavə sənədlər Bizi izləyin.
İFADETV.COM