Abşeron rayonun Qobu qəsəbə sakini Rüstəmova Pakizə Ağamurad qızı tərəfindən
“Qobu qəsəbə 11 saylı uşaq bağçasının müdirəsi qeyri-rəsmi milioner Kəmalə Faiq qızı Nəcəfovanın xidməti otağında stulla vurub ayağımı sındırmasından və qanunazidd əməllərdən respublikanın yuxarı orqanı rəhbərliyinə və bir nüsxəsi də İFADETV.COM portalına göndərilən şikayət ərizəsini ictimai əhəmiyyət kəsb etdiyi üçünTəhsil naziri cənab Emin Əmrullayevin və ictimaiyyətin diqqətinə təkar olarq çatdırırıq:
" Mən uzun illərdir ki, Abşeron rayonun Qobu qəsəbəsində yaşayır və həmin qəsəbədə 11 saylı uşaq bağçasında 28 ildir ki, işləyirəm. Yerli Bələdiyyə sədri bürokrat Araz Hüseynovun qəbuluna getmək üçün müdirim olan Kəmalə Faiq qızı Nəcəfovadan icazə almaq üçün 2 həftə əvvəl otağına daxil oldum.Ağzının danışığını bil Müdir əvvəlcə deyinməyə başladı. Dedim burda nə çətin iş var, 1 saata gəlirəm. əsəbləri korlanmış adam kimi başladı məni özünə yaraşan əxlaqsız küçə söyüşlərilə təhqir etməyə. Ağzının danışığını bil, deyəsən uşaqlaraın yeməyini oğurlayıb qudurmusan deyəndə stulu qəfil götürüb başıma vurmaq istədi. Mən başımı yana edən zaman stul zərblə ayağıma dəydi. Mən hadisə barəsində yerli polisə şikayət etdim. Ordan tibbi ekspertizadan keçmək üçün həkim yanına göndərdilər. Ekspert rəy verdi ki, ayaqda xırda sınıqlar var. Hazırda ayağım şişib evdə müalicə alıram. avqustun 11-dən işə çıxmalıyam. Bu günədək polis araşdırmasından heç bir nəticə yoxdur. Görünür keçən 10 gün ərzində işi bağlayıblar. Kəmalə isə heçnə olmamış kimi deyir ki, getsin hara istəyir şikayət etsin. Qorxmuram. Bəli, bu adam uzun illərdir ki, bağça uşaqlarına verilən ərzaqları oğurlayıb özünə var dövlət yığanda əlbəttə ki, axı niyə də qorxsun? O qədər arxalı adam kimi danışır ki, sanki mənim kimi kasıb birisini öldürsə belə yığdığı haram pullarla törətdiyi cinayəti ört basdır etməli imiş. İndiki kimi. Bəli, müdir Kəmalə bağçaya uşaqlar üçün verilən meyvələri, kiseli, sok və kampotu, qaynanmış yumurtanı, kərə yağını ümumiyyətlə yemək zamanı vermir. Yazıq uşaqlar hər gün bircə supun ümidinə qalıblar. Bu dərəcədə mənimsəmə olar? Kim istəsə gəlib uşaqlardan və onların valideynlərindən soruşa bilər ki, uşaqlar bağçada supdan başqa nə yeyirlər. Elə işçilər də xəbərdardırlar ki, müdir əksəriyyət ərzaqları oğurlayıb satır və əsassız olaraq varlanır. Heç bilinmir ki, bu adam hansı ixtisasın sahibidir.
Mən hörmətli Təhsil naziri cənab Emin Əmrulayevdən soruşmaq istəyirəm. Niyə Siz məktəbəqədər təhsil ixtisası olmayan, kollektivdə davranış mədəniyyətindən bixəbər olan, uşaqlara ayrılan ərzaq payını oğurlayıb satan, işçisinə fiziki xəsarət yetirən kobud birisinin belə bir vəzifəyə təyin edirsiniz?
Çoxhörmətli cənab Prezident və Mehriban xanım Mənə ağır bədən xəsarəti yetirmiş, və törətdiyi cinayətdən zərrə qədər peşimançılıq hisi keçirməyən bağça müdirəsi Kəmalə Nəcəfovanın arxalandığı məmurlara rəğmən şikayətimin Sizin nəzarətiniz altında araşdırlmasına göstəriş verəsiniz. Sağ olun.
P.S. Verilən məlumata görə bağça müdrəsi Kəmalə xanım Pakizə xanıma stulzərbəsi endirməişdən əvvəl bağçanın bütünkamerlarını söndürübmş. Hadisədən sonra isə yenidən işlək vəziyyətə salınıb. Digər işçilrin Abşeron RP-nin Qobu qəsəbəsində yazdıqları izahatlarda guya onlaın hamısınn başı qarışıq olubmuş və hadisəni gömədiklərini bildirmişlər. Təhqiqatç isə Pakizə xanıaverdiy göndəriş sasında tibbieksprtizadn keçə də, həim rəyində sıqlarl müahidə olunan ağır xəsarət nəzərə almayıb. Pazə xanım da edaksiyaıza bildirdi ki, təhqiatçınn maddi marağnı mənim müdirim təmin edib. O da avqustun 8-də iş bağlayıb. Yəni cinayti ört badır edib. Hazırda Pakizə xanm polisn yartmaz işindən yuxarı orqanlaraşikayət edi. Bu arada, uşaların bəxti gətirib. İndi bağçada onlara yaxşı yeməklər verirlər. Pakizə xanım onu a xüsusi vurğuladı ki, əgər mən Kəmalənin götürüb mənəvurduğu stul zərbəsində yayınsaydım, yaxnlıqdaı qazi uşağna dəyə bilrdi. Və təbii ki, uşaq yerinəcəölə bilərdi.
Təhsil Naziliyi isə hadisə ilə bğlı heç bir açıqlama vermir.