Xatrladaq ki, İfadetv.com saytının növbəti 11 fevral 2021-ci il tarixli sayında “DOĞRUDANMI "ŞAHDAĞ MİLLİ PARK" ƏRAZİSİNİ 20000 MANATA SATAN İŞÇİSİNDƏN NAZİR MUXTAR BABAYEVİN XƏBƏRİ YOXDUR?” başlığı altında verilən araşdırma yazısında Oğuz və Qəbələ rayonlarındakı meşə və parklarda baş vermiş qanunsuz ağac kəsimləri, maliyyə maxenasiyaları, yerli əhalinin məcbur olub təbiətin müdafiəsinə qalxmasından və bu zaman baş vermiş insidentdən yazmış və ictimaiyyəti məlumatlandırmışdıq. Bu gün istər Oğuz Rayon Polis Şöbəsindən aldığımız məlumatdan və istərsə də Qəbələ rayon Prokurorluğunda gedən istintaqdan aydın olur ki, nəhayət Azərbaycan Respublikasının istər Baş Prokurorluqdan, istərsə də Daxili İşlər Nazirliyi tərəfindən Oğuz Şöbəsinə qaldırılmış məsələnin yerində araşdırılması və tədbir görülməsi tapşırılmışdır. Eləcə də AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin iki əməkdaşı yazdıqlarımızın yerində araşdırılması üçün Qəbələ rayonuna ezam olunmuşlar
Doğrusu, o vaxt sayt əməkdaşları olaraq araşdırma yzısına belə operativ reaksiya göstərilməsi bizi həm təəccübləndirmişdir, həm də sevindidrmişdir. Sevindirdir ona görə ki, nəhayət Oğuz və Qəbələ zonasında meşə fonduna vurulan külli-miqdard ziyanlara heç olmasa bir az fasilə veriləcək. Lakin təəssüflər olsun ki, sevincimiz çox çəkmədi.
Martın əvvəlində ETSN Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən redaksiyamıza daxil olan cavab məktubunda bildirilir:
“Oğuz və Qəbələ rayonunun adları bilinməyən sürücüləri ilə Qəbələ RMTM arasında bağlanmış müqavilələrə əsasən oduncağın daşınmasına görə plastik kartlarına köçürülmüş pulların onlara verilməməsi barədə” qeyd olunanlarla bağlı araşdırma zamanı məlum olmuşdur ki, daşınma zamanı Nazirliyin Sahələrarası Nəqliyyat və kompleks Mexaniki Təminat İdarəsinin avtomobilləri vasitəsilə həyata keçirilmişdir.Lakin həmin avtomobillərin sürücülərilə Mərkəz arasında hər hansı müqavilənin bağlanmadığı və göstərdikləri xidmət müqabilində Mərkəz tərəfindən onlara hər hansı qaydada pul vəsaitinin ödənilmədiyi müəyyən edilmişdir.
“Qəbələ RMTM-in Tayıflı kəndinin yaxınlığındakı ərzisində yerləşən 5 ha qoz bağının məhv edilərək yerinin kənar şəxslərə satılması barədə” məlumat araşdırılarkən Mərkəzin Oğuz meşəbəyliyinin 10 saylı dolayında 5 ha sahədə salınmış qoz bağının Oğuz rayonun Şirvanlı kənd sakini mehdiyev İlqar Əhmədiyyə oğlu tərəfindən ğır texnikailə qanunsuz şumlanaraq məhv edilməsi faktının Mərkəz tərəfindən 09.12.2021-ci il tarixində sənədləşdirildiyi və meşə təsərrüfatına dəymiş zərərəin məbləği cinayət tərkibi yaratdığından toplanmış materialların məsləyə hüquqi qiymət verilməsi üçün Oğuz Rayon Prokurorluğuna göndərildiyi müəyyən edilmişdir.
“Qəbələ rayonun Abrıx kəndi yaxınlığında Şahdağ MP –nin Qəbələ bölməsi ilə Qəbələ RMTM-in sərhəd zonasında yerləşən meşə sahəsinin bir işbaza satılması barədə” yazılanlar araşdırılarkən MP Qəbələ rayonunda yerləşən hissəsi ilə Qəbələ RMTM-nin sərhəd zonasında meşə sahəsinin hər hansı şəxsə satılması barədə faktın həqiqətə uyğun olmadığı müəyyən edilmişdir. Məktub Dövlət Ekoloji Təhlükəsizlik Xidmətin rəis müavini Bəhruz Məhəmmədov tərəfindən imzalanmışdır.
ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətin tərəfindən Qəbələ rayonuna ezam olunmuş 2 əməkdaşı tərəfindən 4 saat ərzində Qəbələ RMTM- müdirinin otağında sənədlər üzrə aparılan araşdırmaya arayış olaraq bildirmək istəyirik ki, araşdırma rəhbərin otağında onun diqtəsilə deyil, fakt üzrə yerində aparılır.
Bəli, adının çəkilməsini istəməyən Oğuz rayonundan olan yük avtomobili sürücülərinin verdikləri məlumatlara görə 2020-ci ilin yayında Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində onlarla və digər tabe rayonlardakı sürücülərlə guya təbii qazla təchiz edilməyən kəndlərdə yerləşən rayon daxilindəki dövlət müəssisələrinə meşələrdən oduncaqlar daşınması üçün hər ay 2500-3000 manat maaş verilməklə 3 aylıq formal əmək müqaviləsi bağlanmış, hər ay üçün onların avtomobili üçün 3000 manat dəyərində yanacaqla təmin olunmaları üçün sənədlərə imzalar atmışlar. Aylıq maaşlar kartlarımıza daxil olan gün Regional Meşə Təsərrüfatı Mərkəzi işçiləri hər rayon üzrə bizim kimi saxta müqavilə bağlanmış 5-6 sürücünü Qəbələ şəhərindəki bankomatlara dəvət edərək hesbımıza köçürülən pulların onlara verilməsini tələb edirdilər. Beləliklə, Qəbələ Regional Meşə Təsərrüfatına tabeçiliyində olan hər rayon üzrə təxminən əldə edilən 120000 manat pul Mərkəz rəisi və əməkdaşları tərəfindən mənimsənilmişdir.” Bu faktın yerində təsdiq edilməsi üçün Qəbələ MTRM-nın maliyyə snədlərində 2020-ci ilin iyun ayından sürücülərlə bağlanmış əmək müqaviləsinə diqqət etmək kifayət edərdi.
2. Şahdağ MP Qəbələ rayonunda yerləşən hissəsi ilə Qəbələ RMTM-nin sərhəd zonasında meşə sahəsinin hər hansı şəxsə satılması barədə faktın həqiqətə uyğun olmadığı müəyyən edən ETSN əməkdaşlarına bir daha xatırlamaq istərdik:
Şahdağ milli Parkı istiqamətdə 700 metr meşə ağaclarını kürüyərək yol açan texnika
“Şahdağ Milli Park”ının Qəbələ Şöbəsində bu yaxınlrda baş vermiş insidentlə bağlı apaşdırdığımız araşdırma zamanı bizə tam detallarıilə məlum olmuşdur ki, adı qeyd olunmayan həmin işbaz sahibkar Qəbələ rayonun Uludaş kənd sakini Seyid adlı birisidir. Bu sahibkar Şahdağ Milli Parkına yaxın kənddə yaşadığına görə o doğma qardaşının evinin həyətində uzun müddətdir ki, 5-6 ədəd müxtəlif funksiyaları yerinə yetirən taxta-şalban sexi üçün lazım olan avadanlıqları alıb quraşdırmış və sifarişlər əsasında yaş ağacların emalı işilə məşğul olmuşdur. Doğrudur, ETSN Qəbələ Regional Meşə Təsərrüfttı müdirilə 20000 manat məbləğinə park və meşə ərazisinin bir hissəsini satın alaraq oraya ağır texnikanın köməkliyilə ağacların kəsilib daşınması üçün avtomobil yolu açmağa cəhd etsə də Abrıx kənd sakinləri etiraz yürüşü keçirmiş və sepli traktorun meşə ərazisinə girişinə imkan verməmişlər.
TRAKTORLA ŞAHDAĞ MP-na AÇILAN 700 metr YOL
Hətta əlbəyaxa dava da olmuşdur. Və hazırda baş vermiş insidentlə bağlı Qəbələ rayon Prokurorluğunda araşdırma davam edir. Prokurorluğun müstəntiqinə hadisəilə bağlı video və foto materiallar təqdim edilmişdir. Və o da məlum olmuşdur ki, Seyid adlı işbazın meşədən Milli Park ərazisi istiqamətində ağır sepli traktorla eni 4 m, uzunluğu 700 metr olan yol açılsa da yerli sakinlərin kütləvi etirazından sonra ağır texnika ilə vandlizm aktının həyata keçirilməsinin qarşısı alınmışdır. Nəticədə traktor meşə fonduna məxsus 2000-ə qədər müxtəlif diametrli və cinsdən olan ağacları kürüyərək məhv etmişdir. Təkcə bu fakta görə ETSN əməkdaşları yerində baxış keçirsəydilər, məhv edilmiş ağaclara görə Qəbələ RMTM müdiri Alim Əlizadəyə külli miqdarda cərimə yazmaqla toplanmış materiallar barədə nazir Muxtar Babayevə dərhal məruzə etməli və baş vermiş cinayətə ələmətlərinə görə Qəbələ Rayon Prokurorluğuna rəsmən müraciət edilməli idi. Bəs nə baş verdi? ETSN əməkdaşları nahar fasiləsindən sonra Qəbələ RMTM-nin müdirinin diqtəsi və məsləhətilə formal sənədləşmə apararaq həmin günü də Bakıya qayıtmış və redaksiyamıza da əsasız formal rəsmi cavab vermişlər.
Qəbələ. Milli Park ərazisində kürünmədən sonra kəsilən ağaclar
Əgər ETSN əməkdaşları Şahdağ Milli parkına edilən təcavüz aktını bizim yazdığımza uyğun olaraq yerində araşdırsaydılar, onda Şahdağ Milli Park ərazisini kənar şəxsə satılmasının qarşısının alınması üçün hadisə yerində baş vermiş xalq etirazından qorxuya düşərək meşəni kürüyən ağır texnikanın işinin dayandırılmasından sonra bu cinayətə göstəriş vermiş Qəbələ RMTM müdiri barəsində Qəbələ Rayon Prokurorluğunda hazırda davam edən istintaq işindən də xəbərdar olardılar. Amma nə baş verdi? O baş verdi ki, ETSN Dövlət Ekoloji Təhlükəsizlik Xidməti əməkdaşları maddi maraqları təmin edildiyi üçün bizə formal və əsassız rəsmi cavab göndərdilər.
Qəbələ, Abrıx kəndi yxınlığındakı meşələrin məhv edilməsi
Oxşar hadisə bu yaxınlarda Qax rayonun Cüdüllü kənd meşəliyində də baş vermişdir.Qey etmişdik ki, meşə quldurları təkcə Qəbələdə, Oğuzda, İsmayıllıda deyil, onlar Qax rayonunda da mövcüddurlar. Qəbələdəki “Şahdağ” Milli Parkında olduğu kimi bu rayonun Cüdüllü kənd meşələri də tez tez deputat Azər Kərimlinin adamlarının hücumlarına məruz qalırlar. Kənd sakinlərinin verdiyi məlumata görə, artıq 2 həftədir ki, kəndin meşəlik sahələrindəki çoxillik ağaclar kütləvi şəkildə qırılır və naməlum istiqamətə daşınır.Yerli icra hakimiyyətinin və icra nümayəndəliyinin göz yumduğu bu meşə soyqırımında deputat Azər Kərimlinin adamlarının yaxından iştirak etdikləri bildirilir.Çıxılmaz vəziyyətdə qalan kənd sakinləri meşənin girişinə beton baryerlər qoyublar ki, meşə cəlladları əraziyə daxil ola bilməsinlər.Buradan da görsənən odur ki,yerli sakinlər meşələrimizi, Şahdağ Milli Parkımızı daha yaxşı mühafizə edir,nəinki ETSN-nin əməkdaşları. Baxmayaraq ki. bütün ərazilərdə meşələrə videomüşahidə altında nəzarət vardır. ETSN Dövlət Ekoloji Təhlükəsizlik Xidməti əməkdaşları isə yazdığımız bu faktı yerində araşdırmaq üçün Qax rayonuna getmədən Bakıya qayıtmışlar.
Hesab edirik ki, nə qədər ki, yerlərdə meşə və parkların məhv edilməsinə ETSN-nin yerlərdəki səlahiyyətliləri rəvac verir, buna qarşı xalq etirazları da geniş vüsət ala bilər. Nyutonun 3-cü qanununda deyildiyi kimi, “Təsir əks təsirə bərabərdir!”
Araşdırmalarımız davam edir. Gələn saylarımızda oxuyacaqsınız:
Balakən rayonundakı dağ meşələrindəki fısdıq ağacları doğranaraq Bakıdakı “Şərur parket” ə neçə daşınır?
Qax rayonun İlisu kəndindəki “Uludağ” şəlaləsinin qaya üzlükləri ağır texnikanın köməkliyilə sökülərək Əhmədzadələrin iqamətgahlarında üzlük daş kimi necə istifadə edildi?,
Deputat Azər Kərimli Qax meşələrindəki qoz və palıd ağaclarını Xırdalandakı mebel sexlərində emal edərək 15 ildir ki, İtaliyaya necə ixrac edir?,
Nazir Muxtar Babayev Qax və Şəki ərazilərindəki 49 il icraəyə verdiyi 2200 ha sıx meşə ərazilərinin kürünərək məhv etməklə müqavilə şərtlərini pozan şirkətlə bağladığı müqaviləyə nə vaxt xitam verəcək?,
Oğuz rayonun Yemişənli kəndindəki ETSN-ə aid 6 ha-lıq və 4 illik qoz bağı şümlanaraq vələmir əkildisə, dövlətin qoyduğu 200 min manat vəsaiti kim ödəyəcək?,
Nazir Samir Şərifovun adamları tərəfindən Oğuz rayonun Bayan kəndi yaxınlığındakı 15 illik icrayə götürdükləri 35 ha 40 illik fındıq bağı və 100 illik qoz, qovaq və digər ağacların kürünərək yerində taxıl səpilməsinin qarşısı ETSN tərəfindən alınacaqmı?,
Qobustan rayonundakı bərk suxurlu dağ-Yol tikinti şirkətinə 3 milyon manata satılıdıqdan sonra paylar ETSN və İcra başçıları arasında necə bölüşdürülüb mənimsənildi?...