“Ermənistanda hakimiyyət çevrilişi ehtimalı indi daha yüksəkdir. Ən azından 60 faizin üzərindədir. Burada başqa məqam da var. Rusiya açıq şəkildə bildirir ki, Avropa İttifaqı bizi Cənubi Qafqazdan çıxarmaq istəyir və buna imkan verməyəcəyik. Amma açıq deyə bilmirlər ki, satqınlığı ermənilər edib, bizi satdılar. Ermənistan da son davranışı ilə həm Rusiyanı, həm Avropanı, həm də İranı razı salmaq istəyir”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Bununla belə, Nuriyev əmindir ki, Ermənistanın eyni anda bir neçə oyun oynaması mümkün deyil:
“Məncə, bu, Paşinyanın son təxribatı olacaq. Rusiyanın davranışları göstərir ki, Paşinyanla bağlı mövqeyini qətiləşdirib. ABŞ-ın istəkləri də alınmır. Məsələn, Dövlət Departamentinin diplomatı İrəvanda oldu, Gürcüstandan Azərbaycana gəldiyi an belə bir təxribatı törətdilər. Görünən odur ki, ABŞ regiondan çıxmaq istəmir. Elə Rusiya da regiondan qalmaq haqqında düşünür”.
“Ermənistan da bu prosesdə fəal iştirak edir. Və Azərbaycanın təxribata cəlb edilməsinə çalışırlar. Təxribatçı tərəf Ermənistandır. Onun ordusu yoxdur, cinayətkarlardır. Amma nə etsələr də, alınmayacaq. Azərbaycan prosesi üstün şəkildə başa çatdıracaq”.
Müəllif: Nemət