Qobustan rayonu Ximilli kəndinin sakini Mustafayev Eyvaz Qoşqar oğlu İfadetv.com -a müraciət edərək yaşadığı Qobustan rayonunda məmur bürokratiyasından və süründürməçiliyindən şikayət edir. Eyvaz kişiyə yaşadığı ərazidə nəvə və övladlarının güzəranının bir az yaxşılaşdırmaq məqsədilə illər uzunu taxıl əkmək məqsədilə istədiyi 4 ha torpaq sahəsi vətəndaşa müxtəlif bəhanələrlə ayrılmır. Şəhid atasının bu müraciətində qeyd edilənləri insanlığa qarşı ən əxlaqsız və yaramaz hərəkət adlandırmaq olar. Mətbuat üzərindən dövlət başçısına ünvanlanan bu müraciəti olduğu kimi dəyərli oxucularımıza təqdim edirik:
"Mənim hazırda 87 yaşım var. 2017- ci ildən ev almişam, 2018- ci ildən qeydiyyatdayam. Əmək veteraniyam, təqaüdçüyəm, şəhid atasıyam. Taxil səpmək üçün icarəyə torpaq sahəsi götürməyə görə 2018-ci ildən bu günə qədər aidiyyatı üzrə müraciətlər eləmişəm, ancaq müraciətlərimə əməl etməyiblər. Bu il avqstun 15-i Qobustan rayon icra başcisinin qəbulunda olmuşam. Göstəriş verdi ki, torpaq verin şəhid aasına,taxil səpmək üçün.Kəndin rəhbərləri həll etmədilər 1 ay gözlədim sentyabrn 12-si təkrar bir də başçının qəbulana getdim və qəbul etdi.Köməkcisinə göstəriş verdi ki, get yerində həll et. İcranin köməkcisi kəndə gəldi məni dəvət etdi kənd icra nümayəndəliyi də, yerli bələdiyyə də raziliğini bildirdilər. 4 hektar bələdiyə köməkcisinə dedi ki get yeri göstər. Pirsahad çayinin yaninda ən axrinci sərhəddə, tullantı yerdə mənə yer göstərdilər. İcra başçısının köməkçisi Eldar məni apardi 300 metr aralı və dedi ki, həmin yerdi 2 hektar yarimdi. Mən sonra ölüçdürdum həmin yer 1.5 hektara qədərdi. Lakin mənə göstərilən yeri şumlamaq üçun yol olmadığından nə traktor, nə də kambayn getmir . 4 il süründürməçilikdən sonra bir Şəhid atasi kimi mənə göstərilən bu mədəniyyətsizliyi özümə təhqir sayiram. Və dövlət başçısından xahiş edirəm ki, Qobustan rayonundakı məmurlarınız mən - Şəhid atasını, əmək veteranını, təqaüdçünü açıq aşkar məsxərəyə qoyurlar, rəsmən dolayırlar, yaxşı yerlərin hamısını özlərinə götürüb taxıl əkir, yerdə qalanını isə kənar şəxslərə satırlar. Mənə isə heç kimə lazım olmayan, qobu-qandaqlı uzaq bir yeri 4 ha adı ilə əvvəl 2.5 ha kimi vermək istəyirlər. Amma faktiki 1.5 ha yerdir. Bir sözlə, icra başçısının köməkçisi Eldar da, kənd icra nümayəndəsi də, bələdiyyə də hamısı yalançıdırlar. Başda İcra başçısı olmaqla bu adamlar öz əməllərindən utanmalıdırlar ki, məni kimi yaşlı bir şəhid atasını araya qoyurlar, artislik edirlər. Xahiş edirəm məmurlarınıza başa salın ki, şəhid ailəsini 4 il yollarda süründürməzlər. Bu yaramaz hərəkətləri nə insanlığa, nə müsəlmançılığa , nə də vicdanı olan məmura yaraşmaz.
Qeyd edim ki, 1994 ci ilde Fizuli rayonun Alxanlı kəndi urunda 12-si yanvarda torpağin müdafiəsi uğrunda Oğlum Mustafayev Akif Eyvaz oğlu şəhid olub. Bakı şəhərində oğumun adını əbədiləşdirmək üçun küçə adı verilib və xatirə lövhəsi vurulub.
İmza: Qobustan rayonu Ximilli kəndinin sakini:Mustafayev Eyvaz Qoşqar oğlu.
Cavab:Baki şəhəri Sabunçu rayonu leyla Məmmədbəyova ev 53
P.S. Qobustan rayon məmurlarının bir ağsaqqal şəhid atasına qarşı sərgilədikləri bu süründürməçiliyə nə ad vermək olar? Axı şəhid atası Eyvaz kişi oğlunun qanı tökülmüş torpağı icarəyə götürüb istifadə etmək və ailəsini dolandırmaq üçün yer istəyir. Belə bir insanı 4 il süründürməyə dəyərmi? Əsla. Hörmətli, icra başçısı Adil müəllim də utansın ki, onun oğlu Aqil "İmproteks" şirkətindən son model bahalı BMW avtomobili alıb sürür, amma Eyvaz kişinin oğlu Akif Adil müəllim və onun məmur dəstəsinin evində rahat yatması üçün düşmənlə vuruşub şəhid olur. Rəhmətlik ona görə şəhid olmayıb ki, bu gün onun atasını süründürməçiliyə salıb həqarət etsinlər. Güman edirik ki, dövlətimizin başçısı qısa zaman kəsiyində yarıtmaz əməllərilə cəmiyyətimizin tərbiyəsini pozan bürokrat məmurlar barəsində lazımi tədbirlərin həyata keçirilməsinə göstəriş verəcəkdir.
İFADETV.COM