Qərb ölkələri Ermənistanın baş naziri Nikol Paşinyandan ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalamağı tələb edib.
Bizim.Media xəbər verir ki, bu barədə İrəvanın “Hraparak” qəzeti yazıb.
Nəşrin mənbəsinin bildirdiyinə görə, məsələ oktyabrın 6-da Praqada bağlı qapılar arxasında müzakirə olunub. Azərbaycan tərəfi noyabrın 9-da saziş imzalamağı təklif edib.
Xatırladaq ki, iki il əvvəl həmin gün Ermənistan təslim olmaq haqqında bəyanata imza atıb.
“Paşinyan buna qarşı çıxıb və deyib ki, 9 noyabr erməni xalqı arasında pis xatirələrlə bağlıdır: “İnsanları inandırmağa çalışırıq ki, sülh sazişi bizim üçün yeni qapılar açacaq. Həmin gün imzalanacaq yeni sənədi ikinci təslim kimi qəbul edəcəklər”, deyə qəzet bildirib. Eyni zamanda, nəşr vurğulayıb ki, “erməni hakimiyyəti yeni eskalasiya təhlükəsini istisna etmir”.