Xerson vilayətinin Berislav şəhərində oktyabrın 19-dan qondarma hakimiyyətin bütün orqanları fəaliyyətini dayandırıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Qeyd olunub ki, qondarma məmurlar və ailələri hələ də şəhəri tərk etməyə davam edir.