Və yaxud, təbii sərvətlərimizi ETSN-nin rəsmi quldurlarından qorumağın vaxtı deyilmi?
Sizə ETSN in necə bazar bir qurum olduğunu, nazir müavini Vüqar Kərimovun nazir Muxtar Babayevi necə barmağına sarıdığını (əgər ikisi bir yerdə qərar verməyibsə) deyim biləsiz.
2022-ci ildə meşə ərazilərində qanunsuz meşə qırmaların həcmi 12800 kubmetr qeydə alınmışdı. Görüblər ki, yox bu keçən ilin 8800 kub metr göstəricisi ilə müqayisədə çoxdur. Bu ilin yanvar ayında Meşələrin İnkişafı Xidmətinə rəis vəzifəsinə gələn Xalıqverdi Hüseynov və Vüqar Kərimov rəqəmləri azaltmaq üçün meşəçiliyə yenilik gətiriblər.
İndiyə qədər qanunsuz qırmalar qeydə alındığı tarix əsas götürülürdü. 12800 ü azaltmaq üçün meşə idarələri ilə əlaqə saxlayıblar 2022ci ilin bütün yaz yoxlamalarının aşkarladığı qanunsuz qırıntıları ilin sonunda verilən saxta arayışlarla keçən 2021ci ildə baş verdiyi ehtimalını əsas gətirərək keçən ilə yazıblar. 5700 kub qırıntını bu cür saxta ehtimal nəzəriyyəsi arayışları ilə 2021ci ilə yazıblar. Nəticədə Filfilo, 2022ci il üçün 7100 kubmetr, 2021ci il üçün 14500 kubmetr qanunsuz qırıntı qeydə alınmış olub. Və nətərsə bir nəfərində ağlına gəlməyib ki, onda 2021ci ilin yaz yoxlamalarının nəticələrini də 2020ə transfer edək. Gedək üzü keçmişə. Və 2022ci ilin nəticələrini açıq saxlayaq 2023cü ilin yaz yoxlamalarının nəticələrini əlavə edərik. Məqsəd o deyil axı. Məqsəd şəxslərin maraqlarıdır.
Yaz yoxlamalarının aktlarında isə belə bir qeydlər yoxdur ki, bu gün qeydə aldığımız qırıntının bir hissəsinin dekabrın 31-nə qədər olduğunu ehtimal edirik. Yazda aparılan yoxlamada ağacın yanvardan əvvəl ya sonra kəsilməyini aşkar etməyin dəqiq bir metodu yoxdur əgər çox əvvəl kəsilmiş ağac olarsa daha əvvəl kəsildiyini qeyd etmək olar. Amma konkret nə vaxt kəsilib bəlkə karbon testi ilə filan bilmək olar. Və şəxslərin əhəmiyyət daşımadığı sistemli yanaşmada bunun bir məntiqi də yoxdur. Payız yoxlamalarından sonra kəsilməsini qeyd etmək bəs edir. Uzağı statistik dəqiqlik üçün son yoxlamada qeydə alınan nəticəni yoxlamalararası günlərin sayına bölmək olar. Onu da etməyiblər. 9 ay sonra yada düşən xatirələr əsasında ehtimal üzərində metodologiyası ilə şəxsi sifarişlə.
ecofront.az
Sırf Xalıqverdi gələndən qanunsuz qırmalar azalıb tezisini doğru çıxarmaq üçün belə bir saxtakarlıq ediblər. Bütün Meşə idarələrini bu saxatakarlığa alət ediblər. Hamısı bilir hamısı gülür. indi bəlkə keçən il qanunsuz qırıntıların azalması ilə bağlı ora bura hesabat hazırlayırlar.
Hələ son 6 ayda yoxlamaların və qeydə alınan qanunsuz qırıntıların azalmasının səbəbini də özünüz araşdırın.
Cənab nazir, komandanızın bir hissəsinin bizə məlumat ötürməsi sizi narahat etməsin, ən yaxın bildiyiniz adamların sizə fırıldaq gəlməyi sizi narahat etsin məncə. Əyri iş görən adam da yanında düz adam axtarır. Əyri işləyirsiz, düz işləyirsiz özünüz bilərsiz amma Vüqar Kərimov sizi aldadır. Yenə də özünüz bilərsiz amma girən yük maşınları yenə bizim meşələrə girir.
Ps. Qeydə alınan qanunsuz qırıntını ən az 10 qat artırın. Real rəqəmlərə yaxınlaşarsız. Onu da təxminən 3 ə bölün sinə səviyyəsində 50sm(48sm-52sm, cədvəllər 4sm diamtrlə tərtib edilib) diametrində ağac sayı çıxacaq.
ecofront | Cavid Qara
Azərbaycan Respublikasının Baş Prokurorluğu