Unikal.org xəbər portalının idman yazarı, jurnalist Aygün İlqarqızı ağır vəziyətdə xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.
A.İlqarqızı dünən səhər qarın nahiyəsində baş verən güclü ağırlarla təcili tibbi yardım maşını ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına çatıdırılıb.
Xəstəxananın təcili yardım şöbəsini müdiri Ağca xanım adlı həkim tərəfindən qəbul edilib. Sonra xəstəxananın növbətçi cərrahı Lalə xanım adlı həkim tərəfindən müayinə olunub. A.İlqarqızıya korbağırsaq və sağ doğuş borusunun cərrahi əməliyyatı təyin edilib. Qərar verib ki,
A.İlqarqızını 5 sayli xəstəxanada USM və ginekoloji müayinədən keçirilsin.
Sözügedən müayinədən də keçən xanım jurnalist xəstəxananın ginekoloq həkimi Samira xanım da analoji diaqnozu qoyub və cərrahi müdaxilə məsləhət görülüb. Bundan sonra xəstənin ağrılarının artdığını görən cərrah Lalə həkim onu 7 saylı qadın məsləhətxanasına yenidən USM müayinəsindən keçməyə göndərib. Eyni zamanda, müəyyən ağrıkəsicilərlə xəstəni sabaha kimi gözlətməyi məsləhət görüb.
Ağrıların şiddətləndiyini görən ailəsi A.İlqarqızını təcili olaraq Diaqnoz Tibb Mərkəzinə aparıblar. İlkin müayinədə müəyyən olubun ki, 5 saylı xəstəxanada ona yanlış diaqnoz qoyulub.
Tibb Mərkəzinin ginekoloqu Dr.Gülşən İbrahimov tərəfindən xəstə müayinə edilib və USM-dən keçməsi məsləhət olunub. Daha sonra Ramil Quliyev A.İlqarqızını “qarın boşluğunun sağ yumurtalığında kista partlaması nəticəsində daxili qan axma” diaqnozu ilə əməliyyat edib. Hazırda xanım jurnalistin vəziyəti normaldır.
Ginikoloq Gülşən İbrahimova bildirib ki, A.İlqarqızının qarın boşluğunda kistanın partlaması nəticəsində daxilinə çoxlu maye və qan toplanıb: “Xəstə təcili əməliyyata alınıb. Əgər o, təcili əməliyyat olunmasaydı, vəziyyəti daha da kritikləşə və ölüm riski ilə üzbə-üz qala bilərdi”.
A.İlqarqızı Unikal.org-a açıqlamasında bildirib ki, Diaqnoz Tibb Mərkəzinə zamanında çatdırılmasaydı, indi həyatda yox idi: “Həkimlər Gülşən İbrahimova və Ramil Quliyevin sayəsində sağ qaldım. 5 nömrəli xəstəxananın həkimlərinə qalsa, bəlkə də həyatımı itirərdim. Yaxşı ki, sonda peşəkar həkimlərə müraciət etdik”.