İfadetv.com xəbər verir ki, Aydın Canıyev "Haqqın.az" saytının rəhbəri Eynulla Fətullayevin şikayəti əsasında məhkəməyə çıxarılıb.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə Aydın Canıyev 30 sutka inzibati qaydada həbs olunub.
Eynulla Fətullayev də Feysbuk profilində bu barədə yazıb. O qeyd edib ki, A.Canıyev sosial şəbəkədə onunla bağlı təhqirlər yazdığı üçün Baş prokuror Kamran Əliyevə müraciət edib. Baş redaktor müraciətinə operativ cavab verildiyi üçün Baş prokurora və məhkəməyə təşəkkür edib.
"Məncə, belə məxluqları idarə edənlərə də dərs olar", - E.Fətullayev qeyd edib.
Bəs görəsən, "Xocalı qətliyamını azərbaycanlılar törədib" frazası söyləmiş keçmiş məhkumluq həyatı yaşamış Elnur Fətullayevin sözü niyə belə keçərli olub?