YASAMAL RPİ-də MÜSTƏNTİQMİ DƏLƏDUZ-DƏLƏDUZMU MÜSTƏNTİQ?
Əsli – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Surəti- Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə,
Surəti- Azərbaycan Respublikasının daxili işlər naziri cənab V.Eyvazova,
Surəti- Bakı şəhər prokuroru cənab İ.Abbasova,
Surəti- Yasamal rayon prokuroru cənab E. Süleymanova.
Çoxhörmətli cənab Prezident İlham Əliyev!
Bildirmək istəyirik ki, bir mətbu orqanın nümayəndəsi olaraq oğlum Təhmasib Həmidzadənin və iki dostunun təcrübəsizliklərindən süi-istifadə edən dələduz Elvin Əliyev tərəfindən aldadılaraq külli-miqdarda ziyan vurulması faktına 2 il 6 aydır ki, Yasamal RPİ-də hüquqi qiymət verilməməsi doğrusu məni müstəqil dövlətimizin qurulmasında fəal iştirak etmiş bir vətəndaş olaraq çox məyus etmişdir. İnana bilmirəm ki, qurduğumuz hüquqi dövlətdə Yasamal rayon Polis İdarəsinin müstəntiqləri tərəfindən cavan insanların hüquqları yuxarı prokurorluq orqanlarının çoxsaylı tapşırıq və tövsiyələrinə belə məhəl qoyulmadan kobud şəkildə pozula. Ona görə çıxış yolu olaraq Sizə müraciət etməklə cinayətkarın yaxınlarıilə gizli sövdələşən və bu günədək cəzasız qalmış müstəntiqlərin hərəkətlərinə və onların himayə etdikləri dələduz E.Əliyev barəsində qanuni tədbir görülməsi xahişilə müraciət edirəm.
Şəki rayonun Baş Göynük kəndindən olan uşaqlıq dostları Xocalı İsmayılov, Təhmasib Həmidzadə (mənim oğlum), Anar Abdurahmanov 2019-cu ilin sentyabrın 12-dən respublikanın direktiv orqanlarına, eləcə də KİV-lərə üzləşdikləri dələduzluq cinayətilə bağlı şikayət etmişlər. Şikayətçilərdən biri T.Həmidzadə mənim oğlum olduğu üçün mən də məsələni nəzarətə götürmüş və iş üzrə paralel olaraq müstəqil araşdırma aparmışam.
Şikayətlərdən məlum olmuşdur ki, Yasamal rayonu, İ.Əbilov küçəsi 94 ünvanında dizayn işləri görən, 2018-ci ilin dekabrın 5-də CM-nin 178.3.2-ci maddəsi üzrə 3 il şərti cəza almış və 03 noyabr 2020-ci il tarixli Ali Məhkəmənin qərarı ilə bu şərti cəza çoxsaylı şikayətlərdən sonra 6 il 7 ay müddətinə azadlıqdan məhrumetmə ilə əvəzlənən “Röyal Print” MMC-nin qanuni təmsilçisi və işçisi Əliyev Elvin Gündüz oğlu hər üç şikayətçiyə vədlər verməklə 32000 manat pullarını etimadlarından süi-istifadə etməklə ələ keçirmişdir. Məsələ barəsində 12 sentyabr 2019-da verilən şikayət ərizəsi əsasında Yasamal RPİ-nin İstintaq Şöbəsində aparılan 3 aylıq İstintaq araşdırması zamanı təqdim edilmiş çoxsaylı sübutedici sənədlər araşdırldıqdan sonra Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Firdövsi Nəsirov Daxili İşlər naziri cənab V.Eyvazov məşhur dələduz E.Əliyevdən DİN-nə, vətəndaşların Binəqədi və Yasama RPİ-nə edilən çoxsaylı şikayətləri nəzərərə alaraq ictimai təhlükəli, şərti məhkum dələduz barəsində verdiyi şəxsi göstəriş əsasında 27 dekabr 2019- cu il tarixində E. Əliyev barəsində AR CM-nin 178.2.2 və 178.2.4 maddəsi üzrə yenidən başlanmış 190090379 N-li cinayət işi müstəntiq F.Nəsirov tərəfindən icraata götürülmüş və həmin gün DİN-nə faksla bu sənəd göndərilmişdir. Lakin Yasaml rayon Prokuror müavini cənab Rəşadət Orucov bu qərarı tam araşdırılmadığı üçün ləğv edərək, cinayət işinin başlanması üçün işin daha detallı araşdırılmasını tövsiyə etmişdir.
Məsələ ilə bağlı biz 3 nəfər şikayətçilərlə birlikdə 10 yanvar 2020-ci ildə Bakı şəhər Prokuror müavini prokuror Elçin Sultanovun və Pərviz Muradovun iştirakıilə qəbulunda olmuşduq. Müzakirələr zamanı bu qənaətə gəlinmişdir ki, iş materiallarında olan hökmün surətndən də məlum olur ki, məhkum olunmuş qarşı tərəf olan E.Əliyev əvvəl cəzalandığı CM-nin 178.3.2 maddəsinə uyğun olaraq bu dəfə də Xocalı, Təhmasib və Anara qarşı eyni metod, eyni üsul və qaydadan istifadə etməklə dələduzluq əməli törətmişdir. Sonra prokuror müavini bu iş üzrə cinayət işinin başlanması üçün Yasamal Rayon Prokurorluğuna 4 xüsusatların dəqiqləşdirilməsi üçün yazılı təqdimatın hazırlanıb göndərilməsinə göstəriş vermişdir. Bakı şəhər prokurorunun müavinin yazılı təqdimatında qeyd edilən xüsusatlar müstəntiq F.Nəsirov tərəfindən araşdırıldıqdan sonra 06 mart 2020-ci ildə toplanmış materialların öyrənilməsi və cinayət işinin başlanması məsləsinə baxılması üçün Yasamal Rayon Prokurorluğuna göndərilmişdir. Bu barədə Yasamal RPİ-nin İstintaq Şöbəsinin 15 aprel 2020-ci il tarixli cavab məktubu əlavə edilir.
Lakin iş verilmiş göstərişlər əsasında yenidən hazırlanaraq cinayət işinin başlanması üçün Bakı şəhər Prokurorluğuna təqdim edilsə də, indi də dələduz E.Əliyevdən izahat alınması və digər xüsusatların araşdırılması tələb olunaraq iş materialları aprelin 30-da Yasamal Prokurorluğuna geri qaytarılmışdır. Bununla bağlı Bakı şəhər Prokurorluğunun DİO istintaq, təhqiqatın icrasına nəzarət idarəsinin rəisi cənab Elnur Cəfərovun Yasamal Rayon Prokuroruna ünvanladığı 30 aprel 2020-ci il tarixli Yasamal Prokuroruna göndərdiyi məktubunda bildirilir:
“ İsmayılov Xocalı, Abdurahmanov Anar, Həmidzadə Təhmasib və Müttəlimov Əvəz “Röyal Print” MMC-nin işçisi Əliyev Elvin tərəfindən aldadılaraq pullarının dələduzluq yoluilə ələ keçirilməsi barədə kollektiv şikayəti ərizələrinə əsasında Yasamal RPİ-nin İŞ-də toplanmış material Bakı şəhər Prokurorluğunda öyrənilmişdir.
Müəyyən edilmişdir ki, 10.01.2020-də material üzrə Bakı şəhər Prokurorluğu tərəfindən yazılı göstəriş verilmiş, vətəndaşların şikayətləri nəzərə alınmaqla araşdırma aparılması İstintaq Şöbəsinin digər müstəntiqi F.Nəsirova həvalə edilmiş, yol verdiyi qanunpozuntuları və süründürməçilk halları ilə bağlı əvvəlki müstəntiq Abdulla Əliyevə və İstintaq Şöbəsinin rəisi Həsrət Aslanov barəsində cəza verilməsi barədə tərtib edilmiş təqdimat baxılması üçün AR DİN-nə göndərilmiş, bundan başqa barəsində şikayət verilmiş E.Əliyevin qanunsuz hərəkətləri barəsində Ədilyyə Nazirliyinin İcra və Probasiya Baş İdarəsinə məktub ünvanlanmışdır.
Material yenidən Bakı şəhər Prokurorluğuna tələb edilərək öyrənilərkən müəyyən edilmişdir ki, Bakı Şəhər Prokurorunun müavinin 10.01.2020- cil tarixli yazılı göstərişində qeyd edilənlər müstəntiq tərəfindən tam icra olunmamaışdır. Belə ki, tərəflərin izahatlarında olan ziddiyətlərlə bağlı E.Əliyevdən izahat alınmamış, E.Əliyev izahatında qeyd edildiyi kimi, ofis ləvazimatlarını Türkiyədən hansı yollarla, hansı rəsmiləşmələrlə, kimin adına sifariş olunmaqla gətirilməsi xüsusatları araşdırılmamış, iş materiallarına əlavə edilmiş disklərə və kağız formatda olan yazışmalara baxış keçirib protokol tərtib edilməmiş, disklərdə olan səs yazılarının kimə məxsus olmasının müəyyən edilməsi məqsədilə məhkəmə-fonoskopik ekspertiza təyin edilməklə rəy alınmamış, “Royal Print” MMC ilə “Azeri Dizayn firmasının Elvin Əliyevlə nə kimi bağlılığı olması aydınlaşdırılmamış, şikayətçilər tərəfindən pulların verildiyi sonuncu epizodun harda baş verməsi dəqiqləşdirlməmişdir. Elvin Əliyevin 2017-ci ilin yanvarın 1-dən hazırkı günə kimi Respublika ərazisini tərk edib etməməsi sorğu edilərək yoxlanılmamış, AR Ədliyyə Nazirliyinin İcra və Probasiya Baş İdarəsinin Nəsimi rayon İcra və Probasiya şöbəsinə yazılmış sorğuların cavabları alınaraq materiala əlavə edilməmişdir. Odur ki, yuxarıda qeyd olunanların icra olunması və araşdırılmasının Yasamal RPİ-nin İstintaq Şöbəsində davam etdirilməsinin təşkil olunması üçün aidiyyatı üzrə birinci ünvana göndərilir. “ Qoşma 3 cilddə.
Bu arada Bakı şəhər Prokurorluğunun AR Ədliyyə Nazirliyinin İcra və Probasiya Baş İdarəsinin Nəsimi rayon İcra və Probasiya şöbəsinə yazılmış sorğuların nəticəsi olaraq Nəsimi rayon Prokurorunun 30 yanvar 2020-ci il tarixli təqdimatı əsasında 7 fevral 2020-ci ildə Nəsimi rayon Məhkəməsində E.Əliyevin 7 sutka saxlanmasına dair qərar qəbul edilmişdir. Bundan sonra axtarışda olan Elvin Əliyev aprelin 7-də saxlanılmış və Nəsimi rayon Məhkəməsi tərəfindən 18 mayda dələduzun 3 illik şərti cəzasını 6 il 8 ay həbslə əvəz edilməsi barədə hökm elan etmişdir. Verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Dələduz məhkum hazırda ƏN-nin 13 saylı cəzaçəkmə müəssisəsində islah olunmaqdadır.
Lakin təəssüflər olsun ki, hər üç məhkəmə instansiyasının dələduz E.Əliyevin 6 il 8 ay məhkum olmasını zəruri hesab etsələr də bunlardan fərqli olaraq DİN-nin Yasamal RPİ-nin hər 4 müstəntiqi ( Abdulla Əliyev, Firdövsi Əliyev, Pərviz Əsədzadə və Valeh Abbasov adlı ) dələduz məhkumun yaxınlarıilə gizli sövdələşməyə girmiş vəzifə saxtakarlığı edərək törətdiyi cinayəti sübuta yetirilmiş cinayətkar barədə “Cinayət işinin başlanamsının rədd edilməsi” barədə 2019-2022 ci illər ərzində 6 dəfə əsassız və saxta qərarlar qəbul etmişlər.Baxmayaraq ki, dələduz 27-ci Polis Bölməsində təhqiqatçıya ondan şikayət etmiş vətəndaşlardan pul aldığını etiraf etmişdir.Və sonuncu dəfə 5-ci müstəntiq Valeh Abbasov 2022-ci ilin yanvarında təkrar olaraq heç bir istintaq hərəkətləri aparmadan “Cinayət işinin başlanamsının rədd edilməsi” barədə əsassız qərar qəbul etmişdir. Maraqlı burasıdır ki, müstəntiqlərin əsassız qərarlarının heç biri şikayətçilərə rəsmən göndərilməmişdir. Nəticədə 2 il 10 aydır ki, Yasamal RPİ-də 5 dəfə müstəntiqlər dəyişməsilə iş araşdırılsa da, E.Əliyev barəsində cinayət işinin başlanması üçün müstəntiqlərə tövsyə edilən istintaq hərəkətlərinin heç birini icra etməməklə vəzifə saxtakarlığı etmiş özləri cinayət törətmişlər. Bu əməlin başqa adı yox!
Baxmayaraq ki, vətəndaşların çoxsaylı şikayətləri əsasında Baş Prokuror cənab Kamran Əliyev 2020-ci ilin iyun ayında əvvəl şikayətin araşdırılması üçün 10/100 saylı əmrinin 50.5-ci bəndlərinin tələblərinə əsasən qanuna müvafiq tədbirlərin görülməsinin təmin edilməsi barədə Bakı Şəhər Prokurorluğuna rəsmi göstəriş vermiş və dərhal da konkret olaraq Bakı şəhər Prokurorluğnun şikayətçilərə və Yasamal rayon Prokuroruna ünvanlanan 14 iyul 2020-ci il tarixli məktubda qeyd edilir: “Vətəndaş Xocalı İsmayılovun hüquqlarının pozulması barədə Baş Prokurorluğa daxil olmuş müraciəti baxılmsı və qanuni qərar qəbul edilməsi üçün Sizə göndərilir. AR Baş Prokurorunun 10/100 nömrəli əmrinin 50.5-ci bəndinin tələblərinə əsasən müraciət müəllifinin qəbul edilməsi, göstərilən xüsusatların tam, obyektiv və ətraflı araşdırılmasını, qanuna müvafiq tədbir görülməsini təmin edib, nəticəsi barədə 04 avqust 2020-ci tarixədək Bakı şəhər Prokuroruna göndərməyinizi və müraciət müəllifinə məlumat verməyinizi xahiş edirəm.” ( hər iki sənəd əlavə edilir)
Yekunda məlum olmuşdur ki, müstəntiqlərin heç biri iş materialında toplanmış 4 cildlik sənəddən yalnız şikayətçilərin yazdıqları izahatlar əsasında belə qanunsuz qərar qəbul etmiş, digər sənəd, səs yazıları, fotosənədlər və s. sübutların heç birini qəsdən nəzərə almamışdır. Nə Bakı istintaq təcridxanasında martın 7-dən noyabrın 3-dək saxlanılan, nə də hazırda 13 saylı cəzaçəkmə müəssisəsində Elvin Əliyevdən izahat almamışlar. Dələduzun izahatını özlərindən uyduraraq təhqiqat materialından köçürüb yazmışdır. Yəni faktiki olaraq E.Əliyevlə şikayətçilərin üzləşməsini heç vaxt keçirməmiş, akt tərtib etməmişdir. Baş prokurorun, Prokuror Elnur Cəfərovun və Yasamal rayon prokurorunun 2020-ci və 2021-ci illər tarixli qərarlarında göstərilən xüsusatların heç birini araşdırmamış və icraatlarında olduğu işi əvvəlcə 3 gün ərzində formal və əsassız olaraq əvvəlki müstəntiqlərin qərarlarını olduğu kimi üzündən köçürdərək məntiqlə aldığı rüşvətin müqabilində “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə müxtəlif tarixlərdə 5 dəfə əsassız qərarlar qəbul etmişlər. Heç bir araşdırma aparmadan “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə əsassız qərarlar qəbul edərək cinayət törətmiş Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqlərinin məqsdlərinin motivləri hələlik bizə tam aydın deyil.
Xüsusi araşdırmalarımızın sonunda bu qənaətə gəlirik ki, Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqləri Abdulla Əliyev, Firdövsi Əliyev, Pərvin Əsədzadə və Valeh Abbasov Baş Prokurorun məlum əmrini, Bakı şəhər prokuroru müavini, idarə prokuroru və Yasamal rayon prokurorlarının 4 cildlik materialın araşdırılması üzrə verdikləri tövsiyələrdə göstərilən xüsusatların heç birini araşdırmadan maddi maraqların təmin edilməsi müqabilində 5 dəfə 2 səhifəlik eyni cümlələrdən ibarət, əsaslandırılmamış qərarlar qəbul etməklə cinayət törətmişlər. Və çox təəssüflər olsun ki, cinayətkar Elvin Əliyevin yaxınlarıilə gizli sövdələşən müstəntiqlərin belə özbaşnalığı, törətdikləri vəzifə saxtakarlığı, qulluq mövqelərindən süi-istifadə etmə hallarına yerli prokurorluq tərəindən indiyədək hüquqi qiymət verilməmişdir.
Çoxhörmətli Prezident İlham Əliyev, Baş Prokuror cənab Kamran Əliyev, Cənab nazir Vilayət Eyvazov və Bakı şəhər Prokuroru cənab İlqar Abbasov!
Sizlərdən çox xahiş edirk ki, hazırda 27-29 yaşları olan və əlacsız vəziyyətdə qalan şikayətçi gənclərin etimadlarından süi-istifadə edərək, şirnikləndirmə yoluilə aldadılaraq onlara külli-miqdarda maddi ziyan vurmuş dələduz Elvin Əliyevin hazırda Yasamal RPİ-də 7-ci dəfə prokurorluq tərəfindən araşdırmaya qaytarılan iş materiallarının geri alınaraq cinayətə düzgün qiymət verilməsi üçün Bakı Baş Polis İdarəsinə verilməsinə və bu günədək cəzasız qalmış müstəntiqlərin sifariş əsasında törətdikləri hüquqazidd əməllərinə qiymət verilməsi barədə göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk.
Hörmətlə, iş üzrə zərəçəkmiş Təhmasibin atası, İFADETV.COM saytının baş redaktor müavini Məmməd ƏHMƏDOĞLU
Qoşma: sənədlər 18 vərəqdə
http://ifadetv.com/753-deleduzun-taplb-cezalandrlmas-ucun-bak-seher-prokurorluguna-ve-bak-bas-pols-daresne-muracet-edld.html
http://www.tezadlar.az/index.php?newsid=52006
https://www.dosye.org/v%C9%99t%C9%99ndas-dovl%C9%99t-orqanlarina-uz-tutdu-sok-m%C9%99ktub/
