Bu gün Bakı Metropoliteninin sabiq rəisi, Azərbaycan Dama Federasiyasının vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun doğum günüdür.
Lakin verilən məlumata görə Tağı müəllim doğum günündə heç də yüksək əhvalda olmayıb. Neçə gündür ki, fikirləşir ki, vaxtilə 3 milyon dollar verdiyi MTN generalı Akif Çovdarov hazırda 30 milyon manatlıq əmlaklarını geri aldığı halda niyə onun pulunu qaytarmır. Digər tərəfdən də həmkəndlilərinə 10 %-dən sələmə verdiyi 2 milyon dolları da geri ala bilməmişdir. Digər məlumatda o da bildilir ki, Tağının 16 ildə topladığı sərvətlər onunla haqq-hesab çəkilərək qəpiyinədək alınmışdır. İndi Tağı çox böyük ümidə Akif Çovdarovun insafa gələcəyinə və ondan məcbur edib aldığı 3 milyon manat pulun nə vaxt geri qaytaracağını gözləməkdədir. Necə deyərlər, "borclu borclunun sağlığını istər". Eyvallah...