İş üzrə zərərçəkmiş qismində Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini Soltan Əliyev tanınıb. İddia olunur ki, Xəlilov ondan mərmər biznesi adıyla üç dəfəyə (200 min, 800 min və 1 milyon manat) ümumilikdə 2 milyon alıb. Əliyev “Bakı Metropoliteni”nin keçmiş rəisinin dostudur.
“Əvvəl faizlərini vermişəm”
Məhkəmədə hökmdən öncə son sözünü deyən Xəlilov isə bildirib ki, Əliyevi zərərçəkən hesab etmir, çünki pulları ondan almayıb: “Mən pulu Tağı Əhmədovdan almışam, Soltan isə vasitəçi olub. Aylıq 1 faizlə – 1 milyona 10 min şərti ilə verilib. Yazıblar ki, guya qazanc adıyla alınıb pul. Qazanc oldu-olmadı, hər ay pul tələb olunursa, bunun adı faizdir. Əvvəl faizlərini vermişəm, sonra işdə problem yarandığına görə verə bilmədim. Mən Tağıya borcluyam…”.Xatırladaq ki, T.Əhmədovun əvvəl general Akif Çovdarova verdiyi 3 milyon manat pulu geri tələb etsə də, buna nail ola bilməmişdir. Hazırda yekunlaşmaq üzrə olan məhkəmə prosesindən isə aydın oldu ki, Tağı sələmə bir Culfalının vasitəsilə verdiyi 2 milyon manatı geri ala bilmədiyinə görə nəhayət borclunu cəzalandırmağa nail olmuşdur. KİV-də verilən məlumatlara görə Tağının 18 %-ə sələmə verdiyi milyonlardan bir hissəsi ilə bağlı məsələ məhkəmə səviyyəsinə qalxmışdır. Hələlik Tağının iş adamlarına sələmə payladığı milyonların mqdarı yalnız özünə bəlli olsa da, ictimaiyyət arasında müzakirə olunan bu mövzuda rəsmilərdən Tağını dəvət edib bir soruşan yoxdur ki, aylıq aldığın 930 manat əməkhaqqı ilə bu qədər milyonları necə əldə etmisən? Bizi təccübləndirən də budur ki, məhkəmə hakimi Tağıdan iddia etdiyi 2 milyon manatın mənbəyini soruşmurlar. Sanki, bu varidat Tağının kasıb babasından qalıbmış.
İfadetv.com