Prezident İlham Əliyevin imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib.
Bu barədə nazirlikdən məlumat verilib.
Dövlət başçısının digər sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin olunub.
Xatırladaq ki, 19 ilin nazir müavini olmuş Firdövsi Əliyev son bir ilə qədər YAP siyasi Şurasının üzvü kimi də siyasi nüfuza malik idi. Lakin son illər onun kurasiyasında olan meşə fondu ərazilərində baş verən xoşagəlməz hallar, məsələn çoxsaylı müəmmalı meşə yanğınları, regionlarda olan 1000 ha-la sıx meşə ərazilərinin kürünərək məhv edilməsi və torpaqlarının ayrı ayrı işbazlara satılması, qiymıətli meşə cinsli ağacların saxta sənədlərlə sanitar zonaya aid edilərək kütləvi qırılması halları bütün Azərbaycan vətəndaşlarının haqlı narazılığına səbəb olmuşdur.
Elə sonuncu araşdırmalarımız zamanı o da məlum olmuşdur ki, Quba rayonun Şudux kəndi yaxınlığında olan 210 ha meşə sahəsində olan qoz bağının, tingliyin və palıd, vələs və qovaq ağaclarından ibarət olan meşəliyin buldozerlə 2020-ci ildə kürünürərk ayrı ayrı işbazlara və nazir Muxtar Babayevin kürəkəni olan Elçinə 30 ha sahənin, xalası oğlu Fizuli Babayevin kürəkəni olan Murada da 30 ha meşəliyin peşkəş edilməsi və məslənin yuxarı dövlət orqanları qarşısında qaldırılması cənab naziri çıxılmaz vəziyyətə salmışdır. Hazırda Baş Prokurorluq baş vermiş ekoloji cinayətlə bağlı araşdırmaya başlamışdır. Bu arada özünü xilas etmək istəyən nazir çıxış yolunu 19 ilin müavini olmuş Firdövsi Əliyevin "günah keçisi" kimi cəzalandırılmasını məcburən təşkil edib vəziyyətdən çıxmaq istəmişdir. Və nəticdə ŞAH öz VƏZİRİNİ qurban vermək zorunda qalmışdır.
BƏS BU "QAMBİT" GEDİŞİ ONU XİLAS EDƏCƏKMİ?
Bu suala cavab vermək üçün hazırda Quba rayonun Vəlvələ kəndi yaxınlığında məhv edilmiş 240 ha sıx meşə ərazisinin də kürünərək necə məhv edilməsi, hansı iri dövlət məmurunun biznes sahəsinə çevrilməsi, Quba rayon İcra Hakimiyyətinin bu vəhşiliyə qarşı susqunluq nümayəş etdirməyinin səbəbləri barədə gələn saylarımızda geniş məlumatlar veriləcəkdir. O zaman cənab Muxtar Babayevin "PAT" vəziyyətinə düşməsi qaçılmazdır. Hesab edirik ki, etimadı doğrultmayan nazir barəsində son söz cənab Prezidentin olacaqdır. Yəni, Muxtar Babayev heç də son illərdə törətdiyi qanunpozuntuları sabiq Mədəniyyət naziri olmuş Anar Kərimovun törətdiklərindən heç də az deyildir.
Bizi izləyin.
İFADETV.COM-un araşdırma qrupu