Yerüstü Nəqliyyat Agentliyi növbəti tenderinin nəticələrini elan edib.
DİA.AZ xəbər verir ki, qalib "Avto Texnika Detaling" MMC seçilib.
Qalib şirkətə 219 480 manat ödəniləcək.
Məlumat üçün bildirək ki, tender elanı avtomobillərin cari təmiri və ehtiyyat hissələri”nin satın alınması ilə bağlıdır.
DİA.AZ olaraq apardığımız araşdırmalardan aydın olur ki, cəmi bir il əvvəl yaranmış "Avto Texnika Detaling" MMC ”Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılova olduqca yaxındır və onun adamları tərəfindən yönəldilir. Bunu sübutlayan yetərincə faktlar var. Təkcə yarandığı gündən sonra ilk 3 ay ərzində ”Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən sözügedən şirkətə bir milyon manata yaxın vəsait ayrı-ayrə tenderlər vasitəsilə həvalə olunub. Hər halda, yeni yaranmış bir şirkətə ”Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin belə bir etimadı təsadüfi ola bilməz.
İndi isə aydın olur ki, Yerüstü Nəqliyyat Agentliyi də "Avto Texnika Detaling" MMC-ni tender tərəfdaşı olaraq seçib. Yəni Zaur Mikayılovun şirkəti indi `tender dəryaları`nda artıq "tənha" şəkildə üzməyə başlayıb. Təbii ki, cənab Mikayılovun himayəsi altında...
Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...